Paytaxtın Suraxanı rayonu ərazisində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər olunması ilə bağlı həyəcan siqnalı daxil olub.
Gundemxeber.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən "oxu.az"a bildirilib.
Verilən məlumata görə, 14 yaşlı Rusiya vətəndaşı atalığının onu müntəzəm şəkildə zorlamasından şikayət edib.
Qaraçuxur sakini 46 yaşlı N.D. iyulun 27-də Suraxanı rayonu 32-ci polis bölməsinə müraciət edib.
O bildirib ki, Quba rayon sakini, vətəndaş nikahında yaşadığı 36 yaşlı S.Məmmədov həmin gün təxminən günorta saat 16.00 radələrində onun 14 və 8 yaşlı qızlarını döyüb. "Ər"in bədnam əməlləri də həmin vaxt ortaya çıxıb.
Ana böyük qızının daim atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını öyrənib.
Hazırda hüquq-mühafizə orqanları kişinin zorlama hadisəsində günahkar olub-olmaması faktını araşdırır. Məsələ ilə bağlı müvafiq məhkəmə-tibbi ekspertizaları təyin edilib.
Sorğu
Yeni dizaynımız necədir?