GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü – Nadir Səlifovu bitirmək planı

“Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü – Nadir Səlifovu bitirmək planı

Tarix: 9-10-2019, 14:37 Bölmə :Kirminal Baxış: 587
“Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü – Nadir Səlifovu bitirmək planı


“Quli”nin rəqibi türk mafiyasının lideri ilə görüşdü
Azərbaycanlı qanuni oğru Nadir Səlifov (“Quli”) Türkiyədən Qətər Əmirliyinə köçüb.

Gundemxeber.Az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Məlumatda iddia olunur ki, Nadir Səlifovun Türkiyədən köçməsi rəqiblərinin onu aradan götürmək planları ilə bağlıdır. Lakin bu iddia bir qədər inandırıcı görünmür. Çünki Nadir Səlifov Türkiyədə daha sərbəstdir, digər tərəfdən “oğru dünyası”ndan onun tərəfdarları daha çoxdur.

Nadir Səlifovun Zaxari Kalaşov (“Şakro Molodoy”) və Badri Koquaşvili (“Badri Kutaisi”) kimi nüfuzlu “oğru”larla konflikti olsa da, Aslan Usoyandan (“Ded Xasan”) sonra kriminal dünyanın xaç atası hesab edilən Tariel Onianinin (“Taro”) klanına daxil olan Merab Canqveladze (“Merab Suxumski”) və onun ətrafı azərbaycanlı “qanuni oğru”nu dəstəkləyir.

Digər tərəfdən Nadir Səlifovun Türkiyənin yeraltı dünyasının nüfuzlu simaları ilə də dostluğu var. Həbsdən çıxandan sonra türk mafiyasının ən öndə gedənlərindən biri olduğu deyilən Sedat Pekerin onu ziyarətə gəlməsi deyilənlərin təsdiqi sayıla bilər.

Bu arada məlumat yayılıb ki, Nadir Səlifovun Qətərə köçdüyünü eşidən Badri Koquaşvili gizli şəkildə İstanbula gəlib. Onun İstanbulda Sedat Pekerlə görüşdüyü bildirilir. Koquaşvilinin İstanbul səfəri Nadir Səlifovla problemləri yoluna qoymaq məqsədi daşıyıb.

Lakin bu məsələdə Sedat Pekerin dəstəyini ala bilməyib. İstanbulda olması xəbərinin Nadir Səlifova çatdığını eşidən kimi isə oradan Çexiyaya gedib. Bu fakt da Nadir Səlifovun Qətərə köıçdüyü barədə xəbərə şübhə ilə yanaşmağa əsas verir.

Badri Koquaşvili ilə Nadir Səlifov arasındakı konfliktin kökündə gürcü “qanuni oğru” Quram Çixladzenin (“Kvejoeviç”) vurulması dayanır. O, məhz Nadir Səlifovla görüşdə vurulub. Çixladzeyə əl qaldıran isə Nadir Səlifovun yaxın adamı hesab edilən qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) olub.

Sonradan Arman Cumagəldiyev Quram Çixladzenin statusundan xəbərsiz olduğunu bildirib. Hadisədən xəbər tutatn Badri Koquaşvili isə Nadir Səlifovun “oğru” statusundan məhrum edilməli olduğunu bildirib və bu istiqamətdə iş aparmağa başlayıb. Fəqət, “oğru”lar arasında böyük dəstək qazana bilməyib. Əksinə, özünün “qanuni oğru” titulu şübhə altına alınıb.

İddia olunur ki, məsələnin şişməsində Zaxari Kalaşovun da rolu var. O, Nadir Səlifovun getdikcə artan nüfuzundan narahat olmağa başlayıb və bir nömrəli “qanuni oğru” olmaq şanslarını itirə biləcəyini düşünüb. Məlumat üçün deyək ki, hazırda həbsdə olan Zaxari Kalaşov Rusiyada ən güclü “qanuni oğru”lardan hesab edilir.

Məlumatlara görə, Badri Koquaşvilinin dəstək üçün müraciət etdiyi “qanuni oğru”lar ona konflikti dərinləşdirməməyi tövsiyyə ediblər. Onlar Quram Çixladzenin vurulmasının heç də “bespredel” olmadığını deyiblər.

Sən demə, Quram Çixladze Nadir Səlifovla görüşdə elə ilk dəqiqələrdən diskomfort yaradıb. O, “Quli” ilə əl verib görüşməyib. Bu azmış kimi onun yerində oturub və Nadir Səlifovla ötkəm danışmağa başlayıb. Bu zaman “Quli”nin yanında olan Arman Cumagəldiyev instinktiv olaraq Quram Çixladzeyə əl qaldırıb. Məsələni yoluna qoyan Nadir Səlifov bundan sonra Çixladze ilə barışmaq istəsə də, ikinci buna məhəl qoymayıb.

Badri Koquaşviliyə Zaxari Kalaşovun Nadir Səlifovla bağlı planlarının girovuna çevrildiyi deyilsə də, o, azərbaycanlı “qanuni oğru” bitirmək yolundan cəhdlərini davam etdirir.

İddia olunur ki, Nadir Səlifovu bitirmək üçün iki plan üzərində işlənilir. Bunlardan biri onu fiziki cəhətdən məhv etməkdir. Bununla bağlı 1 milyon dollar mükafat ayrılıb. Digər plan isə onun həbsinə nail olmaqdır. Bu plana görə beynəlxalq axtarışda olan Nadir Səlifov Yunanıstana “sxodka”ya çağırılır və orada polis əməliyyatı nəticəsində həbs edilir. Hələ ki, bu planlar alınmır.

Nadir Səlifova qarşı Rusiya mətbuatının kampaniya aparması da diqqətçəkən məsələlərdən biridir. Rus mediası “Quli”ni nüfuzdan salmağa hesablanmış ən müxtəlif materiallar tirajlayır. Onun “sxodka”lardan qaçması, şəxsi həyatını ictimailəşdirməsi barədə dərc edilən məlumatları buna nümunə göstərmək olar. Lakin Nadir Səlifov bütün bunlara təmkinlə yanaşaraq heç bir tələyə düşməməyə çalışır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lotu Quli İstanbulda belə yaşayır - FOTO

    Lotu Quli İstanbulda belə yaşayır - FOTO ...

    21-02-2018, 15:33

  • 
  • “Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – SKANDAL

    “Lotu Quli”nin imzasını erməniyə görə ...

    19-08-2019, 14:42

  • 
  • ​Lotu Qulinin rəqibi “qanuni oğru” adından məhrum edildi

    ​Lotu Qulinin rəqibi “qanuni oğru” adından məhrum ...

    14-01-2018, 21:58

  • 
  • Lotu Quli İstanbulda - İLK FOTOŞƏKİL

    Lotu Quli İstanbulda - İLK FOTOŞƏKİL ...

    26-10-2017, 12:26

  • 
  • Kriminal dünyası yeni müharibə ərəfəsində - Oğru dünyasının yeni "kralı "Şişkan" oldu

    Kriminal dünyası yeni müharibə ərəfəsində - Oğru ...

    28-03-2018, 13:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu