GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Qalmaqallı "İnfiniti" klubundakı cinayət: vergidən yayınma, rüşvət, bir nəfərin ölümü - TƏFƏRRÜAT

Qalmaqallı "İnfiniti" klubundakı cinayət: vergidən yayınma, rüşvət, bir nəfərin ölümü - TƏFƏRRÜAT

Tarix: 16-10-2019, 16:34 Bölmə :Kirminal Baxış: 290
Qalmaqallı "İnfiniti" klubundakı cinayət: vergidən yayınma, rüşvət, bir nəfərin ölümü - TƏFƏRRÜAT


Bakının məşhur gecə klublarından biri olan "İnfiniti" klubun adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayər işi üzrə məhkəmə iclası keçirilir. Həmin şəxslər "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur. Məhkəmə istintaqı hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.

Məhkəmə iclasında təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər. Təqsirləndirilən İlham Mahmudov bildirib ki, o, idarədə aparıcı mühəndis işləyib və xətt çəkmək, işıqpulu toplamaq onun səlahiyyətlərinə aid olmayıb. Onun sözlərinə görə, "İnfiniti" kluba qanunsuz işıq xətti çəkilməsindən xəbərsiz olub.

Suallara cavab verən İlham Mahmudov bildirib ki, 2001-ci ildən bu sahədə çalışır. 2018-ci ilin noyabrın 15-də işdən çıxıb, dekabr ayında isə klubda qanunsuz xətt aşkarlanıb. Onun sözlərinə görə, bu hadisə ortaya çıxmamışdan əvvəl reyd keçirilib və həmin transformatorda qanunsuz heç nə aşkarlanmayıb.

Hakim Təqsirləndirilən şəxs sual verib: "Bu klub haqqında mediada dəfələrlə yazılar dərc edilib, hətta oranın əxlaqsızlıq yuvası olduğu barədə videolar paylaşılıb. Bu cür məşhur klub sənin ərazində idi, dünyaya səs salıb, işıqları göz qamaşdırır, amma sizin diqqətinizi çəkmədi ki, bunlar işığı hardan alır?"

İlham Mahmudov bildirib ki, xətt yeraltı və peşəkarcasına çəkildiyinə görə, kənardan qanunsuz xətti müəyyənləşdirmək mümkün olmayıb: "Ancaq xəttin kim tərəfindən çəkilməsindən xəbərim yoxdur".

Digər təqsirləndirilən İlkin Hüseynov isə ifadəsində Kəsim şöbəsində mühəndis işlədiyini bildirib.

O, deyib ki, vəzifəsi işıqpulu ödəməyəndə abonentin işığını kəsmək olib: "Mən necə hansısa obyektdən pul ala bilərəm? 2018-ci ildə işdən çıxarılmışam. Həmin obyektlə əlaqəm olmayıb, heç bir pul almamışam. Yalnız Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılanda xəbərim olub ki, orada qanunsuz xətt çəkilib".

Məhkəmədə şahid qismində "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov ifadə verib. Rəis bildirib ki, 2018-ilin noyabr ayında İdarənin Satış şöbəsinə rəis təyin edilib, dekabr ayında sözügedən kluba qanunsuz xətt çəkildiyini aşkarlayıb. O, suallara cavab olaraq xətt aşkarlanandan sonra obyektə baxış keçirmədiyini deyib. Bildirib ki, orada sayğac olub-olmadığını aydınlaşdırmayıb.

Amma o, istintaqa ifadəsində bildirib ki, obyektdə ona xəttin qanunsuz olmadığını, hər ay sayğac ödənişləri üçün təqsirləndirilənlərə pul ödənildiyi deyilib. Şahid məhkəmədəki ifadəsini təsdiq etdiyini bildirib.

Şahid Həsən Həsənov isə qanunsuz xətt aşkarlanan zaman Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi olub. Hazırda Satış şöbəsinin rəisi işləyən H.Həsənov bildirib ki, "İnfiniti" kluba qanunsuz xətt çəkilməsindən xəbərsiz olub və aşkar olunan kimi bu barədə baş idarəyə məlumat verib.

Hakim "3 mərtəbəli böyük bir obyektə bir həftə ərzində 45 metr ərazidən qazılaraq yeraltı xətt çəkilir, necə olub ki, sizin öz ərazinizdə görülən işdən xəbəriniz olmayıb?" deyə sual verib. Şahid bir daha xəbərsiz olduğunu vurğulayıb.

"İnfiniti" klubun işçisi olmuş M.Orucov ifadəsində bildirib ki, obyekti 2017-ci ilin mart ayında təmir ediblər. O qeyd edib ki, işıqlar tez-tez söndüyü üçün İlham Məmmədova müraciət ediblər. M.Orucov yeni xətt çəkməli olduqlarını deyib: "Maliyyə məsələlərinə mən baxırdım, inzibati işlərə baxan Əhməd Məstəliyev (Əhməd Məstəliyev 2018-ci ilin dekabr ayında, qanunsuz xətt aşkar olunan gün vəfat edib) mənə dedi ki, 29 min manat xəttin çəkilməsi üçün pul vermək lazımdır, mən də çek yazıb kassadan ona pul verdim. Hər ay da işıqpulu üçün 4-5 min manat pul ödəyirdik. Bu pulları Əhməd Məstəliyevə vermişəm, o da "Azərişıq"ın işçilərinə ödəyib. Ancaq konkret kimə ödədiyini bilmirəm".

Şahidin ibtidai istintaqa ifadəsi elan edilib. O, ifadəsində müstəntiqə deyib ki, Əhməd Məstəliyev həmin pulları təqsirləndirilən şəxslərə verib. Şahid istintaqa ifadəsindən imtina edib və təqsirləndirilən şəxslərə pul verilməsindən xəbərsiz olduğunu bildirib.

Suallara verilən cavabdan aydın olub ki, klubla bağlı hazırda vergidən yayınma ilə bağlı araşdırma aparılır. "İnfiniti" klubun digər əməkdaşı Malik Cabbarov da oxşar ifadə verib. O, işıq üçün pulları dünyasını dəyişən Əhməd Məstəliyev tərəfindən ödənildiyini, ancaq kimə verildiyini bilmədiyini deyib. İstintaqa ifadəsində isə pulların İlham Məmmədova verildiyini qeyd edib. Şahid məhkəmədəki ifadəsini təsdiq etdiyini bildirib.

Məhkəmə araşdırması davam etdirilir.

İttihamda göstərilir ki, həmin şəxslər 2017-ci ilin aprel ayında Nərimanov rayonu ərazisində yerləşən "İnfiniti" klubuna transformatordan işıq xəttinin çəkilməsi üçün 29 min manat rüşvət alıblar. Həmçinin həmin vaxtdan 2018-ci ilin dekabr ayınadək aylıq ödənişlər üçün "İnfiniti" klubdan, ümumilikdə, 100 min manat alınıb və "Azərişıq" ASC-yə ödənilməyib. Dəymiş zərər 129 min manatdır.

Bu iş üzrə zərərçəkmiş qismində "Azərişıq" ASC tanınıb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), və 311.3.1, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.

Əldə etdiyimiz məlumata görə, elə bu qalmaqallı işdən sonra "İnfiniti" klubun fəaliyyəti dayandırılıb. Xatırladaq ki, bu klub daha əvvəllər də mətbuatın gündəminə kütləvi dava və əxlaqsızlıq yuvası olması ilə gəlmişdi./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BAKININ MƏŞHUR GECƏ KLUBU YENİDƏN AÇILDI – “Haqqımı verib, açdım”

    BAKININ MƏŞHUR GECƏ KLUBU YENİDƏN AÇILDI – ...

    9-04-2019, 16:35

  • 
  • Bağlanan bankın vəzifəli şəxsləri məhkəmə zalından azadlığa buraxıldılar

    Bağlanan bankın vəzifəli şəxsləri məhkəmə ...

    22-08-2016, 14:05

  • 
  • Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb

    Keçmiş Rabitə və Yüksək Texnologiyalar ...

    25-05-2018, 12:07

  • 
  • Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

    Leyla Şıxliniskayanın işçiləri özünü günahsız ...

    24-11-2017, 11:21

  • 
  • "Mercedes" və "İnfiniti" toqquşdu

    "Mercedes" və "İnfiniti" ...

    28-09-2015, 14:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu