Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən "Atrabank" ASC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az APA-ya istinadən bildirir ki, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. Hökmə əsasən, onların hər birinə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə təqsirləndiriliblər.
Sorğu
Yeni dizaynımız necədir?