Noyabrın 19-da AXCP Xətai rayon Şöbəsinin fəalı Müsahib Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Ünvansız söyüş söymə, ardınca da polisin qanuni əmrinə tabe olmamaq) 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
AXCP fəalın saxlanılmasını sifariş kimi dəyərlənidirib.
“Müsahib Abbasovun heç bir günahı yoxdur, onu təcili azad edin,“ AXCP bildirir.
Milli Şuranın oktyabrın 19-da mitinqə cəhdi ərəfəsində və cəhddən sonra çox sayda insan saxlanılıb. Onlardan otuz səkkiz AXCP fəalı 5 sutkadan 60 sutkayadək inzibati həbsə, Paşa Umudov isə cinayət məsuliyyətinə cəlb edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?