Bakıda 33 yaşlı kişinin bıçaqlanması ilə bağlı cinayət işi başlanılıb.
Hadisə dekabrın 24-də paytaxtın Nərimanov rayon ərazisində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rüstəm Quliyev qarın nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, hadisə Əliyev Müşfiq Bəxtiyar oğlu tərəfindən törədilib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?