gundemxeber.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Gəncə “ASAN xidmət” mərkəzində baş verib. Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə “ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?