Rusiya İstintaq Komitəsi iyunun 15-də Azərbaycan-Rusiya sərhəddində baş vermiş kütləvi toqquşmalarla bağlı cinayət işi açıb.
Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2 (hakimiyyət nümayəndəsinin həyat və sağlamlığını təhdid qedən zorakılığın tətbiq olunması) və 167.1 (qəsdən özgə əmlakının məhv edilməsi) maddələri üzrə açılıb.
İstintaq materiallarına görə, iyunun 15-də 400-ə qədər Azərbaycan vətəndaşı Dərbənd rayonunun Kullar kəndində yerləşən düşərgəni tərk edərək “Qafqaz” magistralını bağlamağa çalışıb.
“Kullar postunda Azərbaycan vətəndaşları polislərin əmrinə tabe olmayaraq, daş və digər vasitələr tətbiq etməklə hüquq-mühafizə orqanlarına sağlamlığı üçün təhlükə törədiblər”, -deyə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.
Modern.az -ın məlumatına görə, Rusiya tərəfi hadisə nəticəsində hüquq-mühafizə orqanının 9 əməkdaşının yaralandığı, 5 xidməti maşının zədələndiyini açıqlayıb. Hazırda faktla bağlı 10 nəfər saxlanılıb. Araşdırmalar davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?