Qazax rayonunda dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisə barədə bəzi detallar məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə müştərinin sifariş verdiyi pivənin gecikməsi səbəbindən baş verib.
Kafedə müştəri olan Elvin Abbasov və digər iki dostu pivə sifariş ediblər.
Onlara qulluq edən ofisiant Türkan Şamayeva sifarişi gec gətirib və E.Abbasovla aralarında mübahisə baş verib. Nəticədə o, T.Şamayevanı bıçaqlayıb.
Hadisəni eşidən Türkanın sevgilisi İsrafil Camalov E.Abbasovu və iki nəfəri bıçaqlayıb.
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
İsrafil Camalov saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, ötən gün Qazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.
Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sağrı nahiyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Sorğu
Yeni dizaynımız necədir?