Ağstafada evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərovanın koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk etmələri aşkarlanıb.
Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib. Onlar barəsində RPŞ-də araşdırmalar davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?