Cəlilabad rayonunda axund koronavirus infeksiyasından vəfat edib.
Rayonun Alar kənd məscidinin axundu Hacı Fikrət Əzimov koronavirusdan ölüb.
Uzun illər axund kimi fəaliyyət göstərən 55 yaşlı din xadimi insanlar arasında dini maarifləndirmə sahəsində xidmət göstərib.
Qeyd edək ki, Cəlilabad rayonu koronavirusun geniş yayıldığı rayonlardan biridir. Buna görə də rayonda sərtləşdirilmiş karantin rejimi tətbiq edilib və rayona giriş-çıxış dayandırılıb./Report/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?