Quba rayon icra hakimiyyəti başçısının müavini Xanlar Heybətovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.
Cinayət işi baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib. İş hakim hakim Samir Məmmədovun icraatına verilib. Məhkəmə prosesi dekabrın 30-a təyin edilib.
Qeyd edək ki, icra başçısının müavini X.Heybətov Cinayət Məcəlləsinin 312.1-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə təqsirli bilinir./lent.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?