Serbiyada 2 uşaq atası 31 yaşlı polis məmuru gizli eşq yaşadığı qadının onu tərk etməsinə əsəbləşərək özünü və sevgilisini maşında partladıb.
Gundelik-baku.com xəbər verir ki, Serbiyada Vojvodina bölgəsində yaşayan evli, 2 uşaq atası Pavle Rakonjak, qızının getdiyi bağçada dərs deyən müəllimə ilə gizli eşq yaşayıb. Məmur və Marina adlı sevgilisi 2 ilə yaxın gizli münasibətdə olublar. Bağça müəlliməsi olan gənc qadın sevgilisindən ayrılmaq istəyib. Marinanın yaxın dostları bildiriblər ki, o sevgilisindən ayrılıb, həyatında yeni səhifə açmağa qərar verib. Hətta buna görə işdən də çıxıb. Lakin Rakonjak sevgilisinin ayrılmaq fikrindən daşınmadığını görüb, əsəblərini cilovlaya bilməyib. O sevgilisinin və özünün olduğu ''Opel Vecrta'' markalı avtomobilini əl bombası ilə partladaraq havaya uçurub. Nəticə də hər iki aşiq partlama nəticəsində həyatını itirib. (ölkə.az)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?