Moskvada “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun yaxın adamı Razim Əhmədov saxlanılıb. Lent.az-ın Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, 26 yaşlı azərbaycanlı Moskvadakı evində ələ keçirilib.
Məlumata görə, o, adam oğurluğu ilə məşğul olan qruplaşmanın lideri hesab olunur. Müəyyən edilib ki, hazırda ölkəmizdə həbsdə olan “Lotu Quli” Rusiyada etnik qruplaşmaların fəaliyyətlərinə nəzarət edir. Həmin qruplaşmalar isə öz sahibkar həmyerlilərinin oğurlanması ilə məşğul olurlar: “Əhmədov istiqamətləndirici olub, oğurluq üçün qurbanlar axtarıb, habelə, “Lotu Quli”nin adından etnik mütəşəkkil cinayətkar qrupların liderlərinə tapşırıqlarını çatdırıb və onlara nəzarəti həyata keçirib” deyə məlumatda bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?