Gəncə şəhərində ailə münaqişəsi zamanı ailənin gəlini həyat yoldaşı və qayınanasına xəsarət yetirib.
1968-ci il təvəllüdlü Məmmədova Gülxar Xankişi qızı və oğlu, 1988-ci il təvəllüdlü Bəhruz Məmmədov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə 53 yaşlı qadının çənəsi sınıb,33 yaşlı oğlunun isə qolu qırılıb.
Məlumata görə bu şəxslərə ailənin gəlini xəsarət yetirib.
Faktla bağlı artıq araşdırma başlanılıb./pubıika.az/
Sorğu
Yeni dizaynımız necədir?