Bərdə rayonunun Kətəlparaq kəndində döyülmə hadisəsi baş verib.
1990-cı il təvəllüdlü Hüseynova Sevin Yaşar qızı və onun 1962-ci il təvəllüdlü anası Hüseynova Kəmalə Yunis qızı ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki qadın ağır kəllə-beyin travması alıb və onların vəziyyətləri orta-ağırdır.
İki uşaq anası olan Sevin Hüseynova sayta açıqlamasında həyat yoldaşı tərəfindən tez-tez döyüldüyünü və bu səbəbdən də ata evinə getdiyini bildirib.
Kişi sonuncu dəfə evə gələrək onu və anasını yandıracağını deyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə kişi arvadını və anasını döyüb, onlara baş nahiyələrindən ağır xəsarətlər yetirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?