Türkiyənin Dənizli ərazisində qətl hadisəsi baş verib. 29 yaşlı Ömer Erbay otaq yoldaşı 33 yaşlı Okan Oruçla mübahisə edib. Belə ki, Ömer mübahisəni susdurmaq üçün üzərində daşıdığı silahla Okanı vurub. 33 yaşlı Okan aldığı güllə yarasından yerindəcə keçinib. Ömər bundan sonra məktub yazaraq, intihar edib. Silah səslərini eşidən qonşular polisə xəbər verib. Hadisə yerinə gələn polis mənzildə cansız iki cəsəd aşkar edib. Hər iki gəncin meyiti tibbi ekspertizaya göndərilib. Ömər məktubunda isə "Dostumu öldürdüyümə görə yaşaya bilmərəm", sözlərini yazıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?