Gundemxeber.az » Ölkə » Kirminal » Məşhur vizajistin gözəllik mərkəzini dağıdan cinsi azlığın nümayəndəsinə cinayət işi açıldı - Video
Sosial şəbəkələrdə Anna Tağıyeva kimi tanınan cinsi azlıq nümayəndəsi məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus gözəllik mərkəzinə basqın edib.
Bu barədə görüntüləri İradə İbrahimova yayıb.
O, polisə müraciət edərək “Durdurun artıq bu ədəbsizləri” sözlərini yazıb.
Həmin şəxs salonda əşyaları sındırıb, işçi heyəti və müştəriləri təhqir edib.
Gözəllik salonunun rəhbəri Nigar İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxs bir ay əvvəl mərkəzin lazer xidmətindən yararlanıb və həmin zaman heç bir problem yaşanmayıb:
“Amma həmin şəxs bir ay sonra əsassız iddia ilə salona gəlib və oranı dağıtmağa başlayıb. Əgər bir problemi olsaydı, bizə deyərdi, biz də sakit problemi həll edərdik, polisə zəng vurardıq. O, içəri girərək deyib ki, mənim sinəm səpib.
Axı ona sinə ilə əlaqədar bir prosedur olunmayıb. Orada qışqıraraq “müdiriyyət gəlsin, bu obyekti bağlatdıracağam”, - deyib. Hər xasiyyətdə müştəri var, onlara xidmət etmək borcumuzdur. Amma bunun problemi yoxdur, sadəcə şou göstərir”.
N.İbrahimova qeyd edib ki, həmin şəxs gözəllik mərkəzinə ciddi ziyan vurub:
“Salonuma beş min manatdan çox maddi ziyan dəyib. Güzgüm, saç aparatım, hər biri 350 manata olan güldanlarım sındırılıb. Min manatlıq gülüm qırılıb. Mənə beş mindən artıq ziyan dəyib”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən saytımıza bildirilib ki, paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb:
“1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib”.
“K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir”, - deyə DİN-dən qeyd edilib.
GUNDEMXEBER.AZ
8-01-2017, 22:41
9-01-2015, 13:46
28-04-2017, 11:20
25-06-2017, 20:21
16-07-2017, 13:26
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?