GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Hakim arvadını “içkini tərgit” iradından sonra öldürüb - TƏFƏRRÜAT

Hakim arvadını “içkini tərgit” iradından sonra öldürüb - TƏFƏRRÜAT

Tarix: 1-10-2021, 20:24 Bölmə :Kirminal Baxış: 658



Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun arvadını niyə öldürməsinin detalları məlum olub.Oxu.Az istintaq materiallarına əsasən bildirir ki, 1976-cı il təvəllüdlü Fəqan Əhmədov arvadını öldürərkən sərxoş vəziyyətdə imiş.

Fəqan Əhmədov 2006-cı ildə ailə qurub, onların bu nikahdan üç övladı dünyaya gəlib. İstintaqa verilən ifadələrdən aydın olub ki, ər-arvad arasında mehribançılıq olub, onlar arasında yalnız uşaqları danlamaq mövzusunda kiçik mübahisələr düşüb. Bu isə tərəflər arasında heç zaman böyük mübahisə yaratmayıb.

Bəs bu qətlə səbəb nə idi?

Hadisənin baş vermə anı haqqında təsəvvür yaratmağa çalışaq. Fəqan Əhmədov 2021-ci ilin mayın 30-da Bakının Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində yerləşən bağ evində olarkən nahar yeməyində 100-150 qram miqdarında spirtli içki də içir.

Həmin gün Fəqan Əhmədovun atasının dayısı Xanlar da (şərti ad) nəvəsi ilə onlara qonaq gəlir və bir saatdan sonra çıxıb gedir.

Eyni gün saat 19:00 radələrində Fəqan Əhmədovun qonşusu da qonaq gəlir və özü ilə 0,7 litrlik araq gətirir. Qonşular yeyib-içirlər.

Saat gecə 12-nin yarısıdır, ər Fəqan Əhmədov ikinci mərtəbədən qonaq otağına düşür, divanda əyləşir və həyat yoldaşı ilə söhbət etməyə başlayır.

Söhbət zamanı aqressiv fikirlərə yer verilmir, hətta onlar deyib-gülürlər.

Fəqan Əhmədov vəziyyətinin bir az da xoş olması üçün yenə spirtli içki içir.

Bu zaman arvadı ona etiraz edir, ona içkini tərgitməsinin vacibliyini bildirir, ər da “yaxşı” deyir, lakin həyat yoldaşının etirazları səngimir.

Həyat yoldaşının narazılığının davam etdiyini görən Fəqan Əhmədov “özüm bilərəm nə vaxt tərgidəcəm” deyə cavab verir.

Fəqan Əhmədov istintaqa ifadəsində deyib ki, o, arvadı ilə zarafat etmək istəyib, bu məqsədlə yuxarı qalxaraq ov silahını götürüb.

Silahla gəldikdə isə arvadı divanda əyləşibmiş, o, silahı lüləyini zarafat məqsədilə, düz arvadının ürəyinə tuşlayıb və birdən tüfəng açılır. Onun həyat yoldaşı hadisə yerində keçinir.

Fəqan Əhmədov daha sonra tüfəngi də götürüb özünü öldürmək üçün həyətə çıxır, həyətdə olarkən uşaqlarının ağlamasını eşidib özünü öldürə bilmir və eyvandan havaya atəş açır.

Onların övladlarından biri səs-küyə gəlir, “nə oldu, mamaya niyə qışqırdı?” deyə sual verir. Atası isə onun sualına cavab verməyərək üzünü ona tutub “xahiş edirəm bağışla, istəməzdim belə alınsın, təsadüfən baş verdi” deyə cavab verir.

Fəqan Əhmədov hadisəni ehtiyatsızlıqdan törətdiyini desə də, ekspertiza fərqli nəticə çıxarır.

Ekspertizanın rəyinə əsasən, əgər döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, o cümlədən çaxmaqları qoruyucuda olduğu vəziyyətdə tətiklər çəkilərkən silahdan öz-özünə atəş açılmır.

Məhkəmənin dəlilləri fərqlidir

Ekspertiza həm də Fəqan Əhmədov haqqında belə rəy verir ki, o, ünsiyyətçilik, səmimilik, hər kəslə yaxşı yola getmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, məsuliyyətlilik, təmkinlilik, konfilikdə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Lakin bu hal da Fəqan Əhmədova veriləcək cəzanı yüngülləşdirmir.

Məhkəmə Fəqan Əhmədovun bu hadisəni qəsdən törətdiyi qənaətinə gəlir.

Məhkəmə istintaqının qənaətinə əsasən, Fəqan Əhmədov sərxoş vəziyyətdə olduğundan arvadının ona irad bildirməsini təhqir kimi başa düşüb. Bu zaman onda qisas hissi yaranın və evin ikinci mərtəbəsində saxladığı tüfəng yadına düşür.

Məhkəməyə görə, Fəqan Əhmədov tüfəngi qabından çıxararaq yenidən birinci mərtəbəyə qayıdır və onu həyat yoldaşının sinəsinə dirəyərək tətiyi çəkməklə atəş açır.

Məhkəmə şərh olunanlara əsasən müəyyən edib ki, Fəqan Əhmədov silahı doldurub atəşə hazır vəziyyətə gətirdikdən sonra avtomatik bağlanan qoruyucunu da açır.

Məhkəmənin qənaətinə əsasən, həmin hallar təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin birbaşa qəsdlə törədilməsini tam sübut edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 30 sentyabr tarixli hökmü ilə Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fəqan Əhmədov isə özünü bu maddə ilə yox, 124.1-ci maddə ilə (ehtiyatsızlıqdan adam öldürmə) təqsirli bilirdi...

GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokurorluq arvadını güllələyərək öldürən hakimin vəkilinə xəbərdarlıq etdi - YENİLƏNİB

    Baş Prokurorluq arvadını güllələyərək öldürən ...

    31-05-2021, 13:14

  • 
  • Bakıda məhkəmə hakimi arvadını qətlə yetirib

    Bakıda məhkəmə hakimi arvadını qətlə yetirib ...

    31-05-2021, 09:51

  • 
  • Maşallah Əhmədovun məhkəməsində dava düşdü

    Maşallah Əhmədovun məhkəməsində dava düşdü ...

    11-11-2016, 12:19

  • 
  • Nardaranda ər arvadını amansızcasına qətlə yetirdi

    Nardaranda ər arvadını amansızcasına qətlə yetirdi ...

    15-07-2013, 10:42

  • 
  • Bakıda ər arvadını öldürdü

    Bakıda ər arvadını öldürdü ...

    4-11-2015, 11:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu