"Avrora” MMC-nin Quba rayon filialında yol verilmiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Quba Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, Rəhman Fətəliyev 2018-2019-cu illər ərzində həmin filialın satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib ona etibar edilən 26 900 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək mənimsəyib.
Həmçinin, Tarlan Amrakhzade həmin filialın satış üzrə bölmə rəhbəri vəzifəsində işləyərkən 2019-cu ilin sentyabr ayında öz qulluq mövqeyindən istifadə edib ona etibar edilən ümumillikdə 6 500 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək öz şəxsi ehtiyyacları üçün xərcləyərək mənimsəyib.
Rəhman Fətəliyev və Tarlan Amrakhzade CM-nin 179.2.3, 179.2.4-cü ( şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə dəyən ziyanın tam ödənilməsi təmin edilib.
Hazırda cinayət işi aidiyyəti üzrə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?