Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
R.Quliyevin məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində noyabr ayının 29-u saat 14:30-da keçiriləcək. Qeyd edək ki, onun cinayət işi hakim Faiq Qəniyevin icraatındadır. Xatırladaq ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?