Hadisə paytaxtın Binəqədi rayonu, A. Gəraybəyli küçəsində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yataqxanasında qeydə alınıb. İmişli rayon sakini 49 yaşlı Hüseynov Süleyman Hüseynağa oğlu yataqxananın otaqlarının birində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?