Ötən gün Salyan rayonunun Qaraçala qəsəbəsində ər və arvadının hamamda dəm qazından boğularaq ölməsi hadisəsinin təfərrüatları məlum olub.
İlkin araşdırmalardan sonra qəsəbə sakinləri olan 1963-cü il təvəllüdlü Əsgərov Əlişirin Daşqın oğlu və onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgərova Yaqut Təzəxan qızının yaşadıqları evin həyətində yerləşən hamamda dəm qazından zəhərlənməsi və orada vəfat etmələri müəyyənləşib. Bildirilib ki, dünən səhər saatlarında ailənin iki oğlu usta kimi işlədikləri obyektə gediblər. Saat 17 radələrində qonşuları onların qapısını döyüb və evdən heç kimin cavab vermədiyini görərək narahat olub. Bundan sonra qonşular evə daxil olublar və ər-arvadın mənzildə olmadığını, həyətdəki hamamda dəm qazından boğularaq vəfat etdiklərini görüblər. Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?