Azərbaycanlı "qanuni oğru” Rəşad İsmayılovun (Rəşad Gəncinski) cinayət işi baxılması üçün Moskva Şəhər Məhkəməsinə göndərilib.
Rəşad Gəncinski işə münsiflər heyətinin iştirakı ilə baxılmasına etiraz edib. "Qanuni oğru” onun işinə məhkmə qaydası ilə baxılmasını istəyib. Rəşad Gəncinski kriminal iyerarxiyada yüksək titula sahib olma, qrup halında qətl və qanunsuz silah saxlama maddələri ittiham edilir. İstintaq materiallarından aydın olur ki, o, Moskva bazarlarından birinə nəzarət uğrunda kriminal savaşın iştirakçısı olub. 13 may 2009-cu il tarixdə tərəfdarları ilə birgə mərhum "qanuni oğru” Rövşən Canıyevə (Rövşən Lənkəranski) yaxın olan iki kriminal avtoriteti onlar maşında olarkən güllələyib. Hər iki avtoritet dünyasını dəyişib. Onlara avtomat və tapançadan 29 dəfə atəş açılıb. Bu hadisə Rövşən Lənkəranski ilə başqa bir azərbaycanlı nüfuzlu "qanuni oğru” ötən il Türkiyədə qətlə yetirilən Nadir Səlifov (Lotu Quli) arasındakı konfliktlə əlaqələndirilir. Rəşad İsmayılov bu hadisədən sonra "qanuni oğru” titulu alıb. O, kriminal aləmin ali tituluna yiyələndikdən sonra "obşak”a nəzarət edib. Eyni zamanda kriminal dünyanın aşağı ranqlı üzvlərini idarə edib. Rəşad Gəncinskiyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onu uzun müddətli həbs cəzası gözləyir. Məlumat üçün deyək ki, Rəşad Gəncinski 2018-ci ildə Belarusun paytaxtı Minsk şəhərində keçirilən əməliyyat zamanı saxlanılıb. Onun üzərindən odlu silah və narkotik vasitə götürülüb. Daha sonra o, Rusiyaya ekstradisiya olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?