Cinayət aləminə yeni azərbaycanlı “qanuni oğru” gəlib. Bu, 2006-cı ildə Moskvada məhşur sabirabadlı Hikmət Muxtarovla birlikdə qətlə yetirilən avtoritet, culfalı Bayramın oğlu Zaur Talıbovdur.
Zaur Talıbov bu ada kriminal aləmdə nüfuzlu avtoritetlərdən biri olan Rövşən Lənkəranskinin xeyir-duasıyla nail ola bilib. İyulun 4-də Türkiyədə axşam saatlarında Rövşən Lənkəranskinin başçılığıyıa gürcü, rus, qırğız və digər millətlərdən olan nüfuzlu “vor zakon”ların “sxodka”sı keçirilib. Oğru dünyasının tanınmış siması Rövşən Canıyev (Lənkəranski) Zaur Talıbovu “qanuni oğru” adına sahibləndirib. Zaur Talıbovun 30 yaşı var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?