Xəbər verdiyimiz kimi, Bakıda kasıbları təhqir edən "Gallendvagen" sürücüsü ötən gün saxlanılıb. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilib. S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib.
Samid Bağırov "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"ASC-nin keçmiş Baş icraçı direktoru Bürhan Həmidovun işçisi olub. B.Həmidov və S.Bağırov "Akkord"da maliyyə fırıldağına yol verdikləri üçün şirkətdən uzaqlaşdırılıblar. S.Bağırov hazırda B.Həmidovun "Real-İnşaat" şirkətindən birgə onunla işləyir. Bağırov "Akkord"da işlədiyi dövrdə pul köçürülməsi işlərinə də baxırmış. Belə ki, təkcə Qazaxıstandan Türkiyəyə 3 milyon dollar nağdlaşdırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?