GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Qaynım mənə lüt şəkillər göndərdi, mənim də şəkillərimi...” - Gəncədə şok olay

“Qaynım mənə lüt şəkillər göndərdi, mənim də şəkillərimi...” - Gəncədə şok olay

Tarix: 24-01-2022, 13:26 Bölmə :Kirminal Baxış: 308

Gəncə şəhərində 1994-cü il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində bacısının əri Valeh və onun qardaşı Mədətə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Gundemxeber.az teleqraf.com-a istinadla bildirir ki, hadisə ötən il martın 25-də axşam saat 22 radələrində Kəpəz rayonununda baş verib.
Elvin bacısı Nərminin əri Valeh və onun qardaşı Mədətlə mübahisə edib. Mübahisəyə səbəb Mədətin Elvinin bacısı Nərminə vatsap sosial şəbəkəsi vasitəsilə əxlaqsız yazı yazması, eləcə də əxlaqsız təkliflər etməsi olub.
Dava-dalaş zamanı Elvin bıçaqla ilk əvvəl Mədətin bədəninin sinə və çiyin nahiyələrinə zərbələr endirib. Həmin vaxt Elvin Valehə də xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzr təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 25-də axşam saat 21-22 radələrində bacısı Nərmin ona zəng edib və evə çağırıb: "Evə gedəndə səs-küy olduğunu gördüm. Valeh evimizdə ailə üzvlərimlə mübahisə edirdi. Nərmin qaynı Mədətin ona vatsapda əxlaqsız təkliflər etdiyini, özünün yarıçılpaq şəkillərini göndərdiyini dedi. Mədət isə Nərminin ona şər atdığını, mesajları Nərmini yoxlamaq üçün yazdığını bildirdi.
Valeh telefona baxdı, mesajları görəndə telefonu yerə çırparaq sındırdı, qardaşına şər atıldığını dedi. Valeh Nərmini aparmaq istəyəndə atam Sərdar ona mane oldu. Valeh atamı kəllə ilə vurdu və buna görə aramızda mübahisə yarandı. Valeh mənə "gözlə" dedi, sonra getdi. Mən də onun əlində bıçaqla gələcəyini fikirləşdiyimdən evdən çıxanda özümlə mətbəx bıçağı götürdüm.
Təxminən 15-20 dəqiqə sonra Valeh qardaşı Mədətlə yenidən binanın həyətində atamın üstünə gələrək onu vurdu. Bu zaman bıçaqla birinci Mədəti, sonra da Valehi vurdum".
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra törətdiyi əməlindən peşman olub: "Valeh və Mədətə xəsarət yetirdikdən sonra onlara yardım etdim".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Valehin sözlərinə görə, martın 25-də saat 21 radələrində qayınanası Nəcibə zəng edərək onu yaşadıqları evə çağırıb, qardaşı Mədətin Nərminə mesaj yazaraq əxlaqsız təkliflər etdiyini bildirib, mesajları ona göstərib: "Mesajların qurğu olduğunu, qardaşıma şər atdıqlarını dedim. Buna görə əsəbləşdim. Nərminin telefonunu masaya vuraraq sındırdım.
Nərmini yaşadığımız evə aparmaq istədim. Qaynanam və qayınatam mənə mane olduqlarından aramızda mübahisə yarandı. Qaynım Elvin məni evdən çıxardı. Sonra qardaşım Mədətə zəng etdim, onu çağırdım. Biz birlikdə qayınatamın evinin qarşısına gəldik.
Biz dalaşan zaman qaynım Elvin qardaşımı və məni bıçaqla vurdu. Sonra peşman olaraq bizə yardım etdi və xəstəxanaya yola saldı".
Digər zərərçəkmiş Mədət bildirib ki, qardaşı arvadı Nərminə vatsapla əxlaqsız təkliflər etməyib, mesajları o yazılmayıb.
Cinayət işi üzrə şahid qismində ifadə verən Nərminin sözlərinə görə, 2021-ci ilin martından başlayaraq qaynı Mədət ona mesaj yazıb: "Mənə əxlaqsız təkliflər etdi, yarıçılpaq qadın şəkilləri göndərdi. Sonra qaynım mənə öz çılpaq şəkillərimi göndərməyimi, yazdığı mesajları silməyimi istədi. Mən Mədətin yazdığı mesajları silmədim. Sübut kimi qalması üçün şəklini çəkərək qohumum Vəfaya göndərdim. Bu barədə anama danışdım. Anam Mədətə irad bildirdi.
Sonra Mədət mənə əxlaqsız təkliflər etmədiyini, mesajları məni yoxlamaq üçün yazdığını söylədi. Sonra Valehi çağırdım, Mədətin yazdığı mesajları ona göstərdik. O da mesajların qurğu olduğunu, qardaşına şər atdığımızı dedi, telefonu sındırdı".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Hökmdə qeyd olunub ki, Elvin 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. O, həmin dövrdə Cəbrayıl və Qubadlı rayonlarının müdafiəsində iştirak edib. Bu səbəb onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilib.
Məhkəmə Elvinin barəsində Cinayət Məcəlləsinin 70.5-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 3 il sınaq müddəti olmaqla 6 il şərti cəza təyin olunub.
Elvinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.
Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulub.
Elvinin davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda ŞOK OLAY - qadın ögey qızı və onun əri tərəfindən öldürülərək gölə atılıb

    Bakıda ŞOK OLAY - qadın ögey qızı və onun əri ...

    3-04-2021, 14:32

  • 
  • Bakıda amansızlıqla öldürülən 32 yaşlı Elvinin YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

    Bakıda amansızlıqla öldürülən 32 yaşlı Elvinin ...

    28-10-2019, 15:16

  • 
  • Bəraət və cəza

    Bəraət və cəza ...

    13-04-2016, 01:16

  • 
  • Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və... - Gəncədə DƏHŞƏTLİ OLAY

    Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə ...

    5-09-2018, 12:07

  • 
  • Yol üstündə boğaz kəsdi, 14 il iş aldı

    Yol üstündə boğaz kəsdi, 14 il iş aldı ...

    12-04-2015, 23:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu