GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - Azərbaycanda ŞOK OLAY

Qonşu qadınla cinsi əlaqədə olan kişini qəbiristanlığa apardılar və... - Azərbaycanda ŞOK OLAY

Tarix: 26-01-2022, 17:53 Bölmə :Kirminal Baxış: 369


Ucar rayonunda 1993-cü il təvəllüdlü Əbdül münaqişə zamanı həmkəndlisi Toğrula (adlar şərti verilib – red.) xəsarət yetirib.

Gundemxeber.Az  Teleqraf.com-a istinadən xəbər verir ki, Əbdül bacısı Sənəmin həmkəndlisi Toğrulla cinsi münasibətlərinə görə qisas almaq qərarına gəlib.

Onların arasında dava 9 sentyabr 2020-ci ildə saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Qazyan Piri” adlanan qəbirstanlığın qarşısında olub.

İstintaq orqanı Əbdülə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.

“Qəbiristanlığın qarşısına getdik”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbdül elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, həmkəndlisi Toğrulu əvvəldən tanıyıb: “Onunla aramızda heç bir ədavət və düşmənçiliyimiz olmayıb. Sənəm mənim bacımdır. Sənəm Toğrulla qonşuluqda ailəsi ilə birlikdə yaşayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində Toğrulun mobil telefonuna zəng edib, öz avtomobili xarab olduğu üçün onu Qazyan kəndinə maşınla aparmağı xahiş edib: “Əmim oğlu Rəsul da yanımda idi. Təxminən 10 dəqiqə sonra Toğrul məni və Rəsulu avtomobilinə götürdü. Toğrul mənə bildirdi ki, ağrıyır, avtomobili idarə edə bilmir. Bu səbəbdən avtomobili mənim idarə etməyimi istədi. Onun maşınında Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən “Qəzyan Piri” deyilən qəbristanlığın yoluna döndük. Həmin yolda avtomobildən düşərək gözlədik. Toğrul məndən orada niyə gözlədiyimizi soruşdu. Mən də gözləməyi dedim”.

“Səhv etdiyini bildirdi”

Əbdül qeyd edib ki, təxminən 10 dəqiqə sonra atası Bahəddin və Sənəmin qayını Elvin “BMV” markalı avtomobillə həmin yerə gəliblər:

“Elvin qardaşının həyat yoldaşı Sənəmə qarşı Toğrulun əxlaqsız hərəkətlər etdiyini bildirdi. Bundan sonra atam Toğruldan nəyə görə belə hərəkətlərə yol verməsini soruşdu. O, əvvəlcə hərəkətlərini etiraf etmədi. Sifətinə iki şillə vurdum. Elvin də onun sifətinə vurdu. Bundan sonra Toğrul səhv etdiyini bildirdi”.

“Atam üzünə tüpürdü”

Əbdül qeyd edib ki, həmin vaxt Toğrul atası Bahəddinə yalvarıb: “Daha sonra Toğrulu orada qoyduq və Elvinin avtomobili ilə oradan kəndə qayıtdıq. Bundan başqa aramızda heç bir münaqişə olmayıb. Mən Rəsul və Elvinlə Toğrulu yerə yıxmamışıq. Onun əlini və ayaqlarını iplə bağlamamışıq. Onu yerə yıxaraq yumruq və təpiklə döyməmişik. Toğrulu mən və Elvin ayaq üstə şillə ilə sifətinə vurnuşuq. Atam isə Toğrulun etdiyi hərəkətlərə görə üzünə tüpürdü”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Toğrulun sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində yaşadığı Ucar rayonu Lək kəndində evində olub: “Bu zaman Əbdül mənə zəng etdi. Avtomaşınlarının xarab olduğunu, onları “Qəzyan Piri” qəbristanlığına aparmağı, orada avtomobillərinin xarab olduğunu bildirdi.

Avtomobilimi işə salaraq Əbdülün yaşadığı evin qarşısına gəldim. Həmin yerdə Əbdül və əmisi oğlu Rəsul avtomobilimə əyləşdilər və qəbirstanlığa tərəf sürməyimi istədilər. Qəbristanlığa çatanda avtomobilin harada olduğunu soruşdum. Avtomobillərinin xarab olamadığını, qazyanlılarla aralarında münaqişə olduğunu, evdə bilməsinlər deyə mənim maşınımda həmin yerə gəldiklərini dedilər”.

“Bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər”

Zərərçəkmiş qeyd edib ki, təxminən 3 dəqiqə sonra Bahəddin və Elvin “BMV” marakalı avtomobillə qəbristanlığa gəliblər:

“Bahəddin mənə yaxınlaşaraq qızı Sənəmə söz atdığımı dedi. Sənəmlə aramda heç bir münasibət olmadığını söylədim. Bu vaxt Elvin, Əbdül və Rəsul üstümə hücum etdilər. Üçü məni yerə yıxıb əl-qolumu iplə bağladılar. Yerdə təpik-yumruqla döyməyə başladılar. Təxmənən 40 dəqiqə məni yerdə döydülər. Bahəddin isə kənarda dayanıb, bizə tamaşa etdi.

Sonra Elvin özünə məxsus olan mobil telefonu çıxardaraq məni yerdə yıxılı, əl-qolu bağlı vəziyyətdə telefonun kamerası ilə çəkməyə başladı. Təxminən 10 dəqiqə ərzində məni telefonun kamerasına çəkdi. Sonra Əbdül bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər. Lakin bu hərəkəti etmədilər”.

Zərərçəkmiş qeyd edib ki, Bahəddin, Əbdül, Elvin və Rəsul ona sözlə hədə-qorxu gəlib, kəndi tərk etməyi, əks halda öldürəcəklərini deyiblər. O bildirib ki, hadisə zamanı onun sol qabırğası sınıb, həmin xəsarəti ona Əbdül təpiklə vuraraq yetirib.

Toğrul bildirib ki, hadisədən sonra özünü pis hiss edib, əvvəlcə şikayət etməyib: “Fikirləşdim ki, məni döyən şəxslər həmkəndliləri olduğundan üzr istəyəcəklər. Bu səbəbdən ilkin ifadəmdə məni mal-qara vurduğunu, bu səəbəbdən xəsarət aldığımı bildirdim”.

“Atası və qardaşına danışdım”

Cinayət işi üzrə şahid qismində ifadə verən Elvinin sözlərinə görə, sentyabrın 8-də Bakı şəhərindən Ucarın Lək kəndinə gəlib: “Lək kəndində atamın evində olan zaman qardaşımın azyaşlı qızı Gülnar anası Sənəmin qonşumuz Toğrulla öz evlərində əxlaqsız hərəkətlər etdiyini bildirdi. Qardaşım Vəlinin evinə getdim, Sənəmə hər şeyi bildiyimi dedim.

Sənəm Toğrulla aralarında olmuş münasibət barədə danışdı, onunla görüşdüyünü özü etiraf etdi. Bu zaman qardaşımın evini axtardım, Sənəmin qardaşımdan xəbərsiz işlətdiyi mobil telefonu tapdım. Olanları Sənəmin atası Bahəddinə və qardaşı Əbdülə danışdım”.

“İki dəfə şillə ilə vurdum”

Elvinin sözlərinə görə, səhəri gün Bahəddinlə telefon vasitəsilə əlaqə yaradıb: “Bahəddin bildirdi ki, işdədir, saat 15 radələrində evə gələcək. Sonra Toğrulla bu barədə söhbət edib, məsələyə aydınlıq gətirmək lazım olduğunu dedi.

Bir qədər sonra Əbdül zəng etdi, Toğrulla birlikdə “Qazyan Piri” adlanan qəbristanlıqda olduğunu dedi. Bahəddinlə birlikdə özümə məxsus “BMV” markalı avtomobillə həmin yerə, onların yanına getdik. Orada Toğrulun sifətindən tutaraq qardaşımın həyat yoldaşı ilə görüşüb-görüşmədiyini soruşdum. Toğrul etiraf etmədi, Sənəmlə görüşmədiyini bildirdi. Etiraf etmədiyi üçün onun sifət nahiyəsindən iki şillə ilə vurdum. Əbdül də Toğrulu vurmağa başladı.

Bahəddin Toğrula qohumu olduğu və qonşuluqda yaşayaraq qızına qarşı əxlaqsızlıq etdiyinə görə hirsləndiyi üçün halının pisləşdiyini gördük. Onu avtomobilimlə evinə apardıq. Əbdül və Rəsul da bizimlə birlikdə getdilər. Bundan bir neçə gün sonra Toğrulun bizdən Ucar rayon polis şöbəsinə şikayət etməsini öyrəndim”.

“Müqavimət göstərə bilmədim”

Cinayət işi üzrə şahid qismində ifadə verən Sənəm qeyd edib ki, Vəli ilə 10 il əvvəl ailə həyatı qurub, birgə nikahdan 2 övladları olub: “Həmkəndlimiz Toğrul bizimlə qonşuluqda yaşayır, aramızda əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Toğrul təxminən 2020-ci ilin may ayının hansı günü olması unutmuşam, gündüz saat 13 radələrində yaşadığım evin həyətinə gəldi. Qəflətən içəri daxil oldu, evin alt mərtəbəsinin qapısını bağladı, mənə qarşı cinsi təcavüz etdi.

Toğrula müqavimət göstərə bilmədim. Onu itələdim, həmin vaxt orada ikimiz olmuşuq. Kənardan kimsə bizi görməyib. Ailəm dağılmasın deyə səs-küy salmadım. Toğrula qarşı aktiv müqavimət göstərmədim”.

“Ərim boşanmaq üçün məhkəməyə müraciət edib”

Sənəm qeyd edib ki, təxminən iyul ayının sonlarında azyaşlı qızı Elvinə Toğrulun onunla əlaqəsinin olduğunu deyib: “Sentyabrın 9-da qaynım Elvin bizə gəldi. Mənə hədə-qorxu gələrək əlində şəkil olduğunu, qonşumuz Toğrulla görüşdüyümü bildirdi. Əvvəl qorxduğum üçün olanlar barədə Elvinə heç nə demədim. Sonra isə bir dəfə evimizin birinci mərtəbəsində onunla qeyri-ixtiyari cinsi əlaqədə olduğumu dedim.

Qaynım atam və qardaşıma bu barədə məlumat verdi. Məni Elvin atamın evinə gətirdi, əxlaqsızlıq etdiyimi, buna görə məni saxlaya bilməyəcəklərini dedi. Həmin gündən bu günə qədər atamın evində yaşayıram”.

Sənəm bildirib ki, boşanmaq üçün həyat yoldaşı ərizə ilə Ucar rayon Məhkəməsinə müraciət edib.

Cəza

Bu cinayət işinə Ucar rayon Məhkəməsində baxılıb. Əbdül 1 il 6 ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilib.

Əbdülün üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Lək kəndində yerləşən evi axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulub.

Hökmdən narazı qalan Əbdülün müdafiəçisi apelyasiya şikayəti verib. Vəkil şikayətində Əbdülün günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Apelyasiya şikayətinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Apellyasiya şikayəti təmin olunmayıb.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, amma... - Masallıda ŞOK OLAY

    ​Arvadı ilə yatan kəndlisini tutdu, öldürmədi, ...

    29-07-2019, 16:51

  • 
  • Goranboyda gənc qadının üzləşdiyi dəhşət: "Məni meşəyə apardılar..."

    Goranboyda gənc qadının üzləşdiyi dəhşət: ...

    4-05-2016, 17:11

  • 
  • ​QƏBƏLƏDƏ DƏHŞƏTLİ OLAY: “Atam gəzdiyi qadınları evə gətirir, anamla bacım...”

    ​QƏBƏLƏDƏ DƏHŞƏTLİ OLAY: “Atam gəzdiyi qadınları ...

    9-01-2019, 15:10

  • 
  • Sevgililər arasında mənzil davası

    Sevgililər arasında mənzil davası ...

    12-11-2017, 15:24

  • 
  • Azərbaycanda ŞOK HADİSƏ: Ərli qadınla yazışan kişini maşının baqajına qoyub apardılar

    Azərbaycanda ŞOK HADİSƏ: Ərli qadınla yazışan ...

    15-01-2019, 19:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu