Gundemxeber.az » Ölkə » Kirminal » Tamara bilib evinə dəvət etdiyi şəxs Cəmşid adlı transseksual çıxdı - Öldürüb bədənini müxtəlif hissələrə ayırdı
2020-ci ilin yayında Leninqradda yaşanan qətlin qəddarlığı, vəhşiliyi və qəribə sonluğu hər kəsi heyrətə salıb.
Təfərrüat isə belədir ki, Mqa çayında üzən məktəbli suda bədəni müxtəlif hissələrə parçalanan meyit aşkar edir. Aparılan araşdırma nəticəsində ölən şəxsin transseksual olduğu bəlli olub. Faktla bağlı qətldə şübhəli bilinən aktyor Yuri Yanovski saxlanılıb. İstintaq və məhkəmə prosesləri bir ildən çox davam edir. Ən maraqlısı odur ki, bir neçə gün bundan əvvəl Yanovski gözlənilmədən məhkəmə zalından evə buraxılıb. Məhkəmə ona cəmi 1 il 10 ay cəza çəkib. Bu hökm də çoxlarını çaşqınlığına səbəb olub.
Aktyor 24 yaşlı trans qadın Tamaranı özünümüdafiə məqsədilə qətlə yetirib. Yanovskinin arvadı və iki uşağı var, amma onlardan ayrı yaşayır. İnternetdə intim xarakterli xidmətlər təklif edən saytlardan birində onu seçir və evinə dəvət edir. "Qız" onun şərabının içinə narkotik atır. Sonra onlar mübahisə edir və bu zaman "qız" əlindəki viski şüşəsini aktyorun başına vurur. Özünə gələndə transın əlində bıçaq görür. Onu vurmaq istəyəndə cəhdi alınmır. Aktyor bu zaman yanına gələnin Tamara deyil, Cəmşid adlı kişi olduğunu bilir. Yuri bu zaman özünü qorumaq məqsədilə onu bıçaqla vurur. Yanovski mənzildən gedir, sonra da onu hissələrə parçalayaraq çaya atır.
Gundemxeber.Az
23-12-2017, 16:58
1-10-2015, 23:18
10-03-2018, 20:16
20-12-2015, 20:16
5-08-2019, 14:31
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?