GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “12-ci İmam”dan 420 min manata cənnətdə torpaq aldığını deyən şəxslə bağlı daha bir QALMAQAL - TƏFƏRRÜAT

“12-ci İmam”dan 420 min manata cənnətdə torpaq aldığını deyən şəxslə bağlı daha bir QALMAQAL - TƏFƏRRÜAT

Tarix: 17-05-2022, 11:50 Bölmə :Kirminal Baxış: 267


Özünü 12-ci İmam Mehdi kimi təqdim etməklə, insanları aldadıb, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin həbsindən 1 ilə yaxın vaxt keçsə də, istintaq yekunlaşmayıb. Əksinə, bu işlə bağlı daha bir qalmaqal yaşanıb.


Qarabağ qazisi olduğunu deyən Ceyhun Məhərrəmov iddia edir ki, bu cinayət işi üzrə şahid qismində dindirilərkən istintaqa ifadəsində düzünü dediyinə görə təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, mayın 3-də yaşadığı evin girişində bir qrup şəxs ona hücum edib. Ceyhun Məhərrəmov bildirib ki, onu döyənlər arasında Abdullayev qardaşları da olub.
Bu qardaşlardan biri – Faiq Abdullayev Aqil Babayevin işi üzrə zərərçəkmiş qismində tanınıb. Aqil Babayev həbs olunarkən Daxili İşlər Nazirliyinin yaydığı videogörüntülərdə Faiq Abdullayevin dedikləri də yer almışdı. O iddia edirdi ki, Aqil Babayevin 12-ci İmam Mehdi olduğuna inanıb və “cənnətdə yer almaq üçün” ona 420 min manat pul verib:

“Mənə demişdi ki, axirətdə yerin yaxşı olacaq. Xırda-xırda verdiyim pullar 420 min manata gəlib çıxdı…”

Bu görüntülər yayılandan sonra Aqil Babayevin ailə üzvləri onun haqqında deyilənləri Meydan TV-yə təkzib etdi. Onun özünü “zühur etmiş 12-ci imam kimi təqdim edərək, insanları aldatması, onların pulunu əllərindən alması” haqda iddiaları absurd adlandırdılar. Bildirdilər ki, Aqil Babayev “Shaurma N1” restoranlar şəbəkəsinin sahiblərindən biridir. Onun pulunu, biznesini əlindən almaq üçün bu cür absurd ittiham uydurub, həbs ediblər.
İstintaqa ifadəsində həqiqəti danışdığına görə təzyiqə məruz qaldığını deyən Ceyhun Məhərrəmov bu iş üzrə şahid qismində dindirilməsinin səbəbi var. Məsələ burasındadır ki, “Şaurma N1″ restoranının VÖEN-i və patent hüququ məhz Ceyhun Məhərrəmovun adına olub.
Ceyhun Məhərrəmov deyir ki, “Shaurma N1”in şərikləri Natiq Sadıqov və Aqil Babayev olub. Onun sözlərinə görə, Aqil Babayevin işi üzrə zərərçəkmiş qismində tanınan, “İmam Mehdi” qismində ona pul verdiyini iddia edən bəzi zərərçəkmişlər ondan ifadəsini geri götürməsini tələb edirlər. Öncə bundan ötrü ona pul təklif ediblər. Dediyinə görə, razılaşmayıb və növbəti dəfə onu döyüblər, təhqir ediblər.
Ceyhun Məhərrəmov hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə müraciət edib. Hazırda Xətai rayonu, 36-cı polis bölməsində araşdırma aparılır.
“Buna baxmayaraq, qarşı tərəf yenə sakitləşmir, Aqil Babayevin işiylə bağlı düzünü danışan başqa şəxslərə də təhqir və təhdidləri davam etdirirlər”, – Ceyhun Məhərrəmov bildirib.
“Cənnətdən 420 min manata torpaq aldığını” iddia edən Faiq Abdullayev bir müddət əvvəl də başqa bir hadisə ilə əlaqədar məsuliyyətə cəlb edilib. Zhang Xiaojuan, Vüsalə Bəhmənova və başqaları ondan şikayət edib ki, bu şəxs tərəfindən təhdid və təhqirlərə məruz qalırlar. 54 yaşlı Faiq Abdullayev haqqında cinayət işi başlanmasa da, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə məsuliyyətə cəlb edilib.
Abdullayev qardaşları da mayın 3-də baş vermiş hadisə ilə əlaqədar Ceyhun Məhərrəmovdan polisə şikayət edib. Onlar deyir ki, Ramazan bayramı münasibətilə açılan süfrə arxasında əyləşdikləri vaxt bu qalmaqal baş verib.
“Ceyhun gəlib söyüş söydü, nəticədə dava düşdü. Onun özü mənə xəsarət yetirib”, – Faiq Abdullayev bildirib. //meydan.tv

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqilin bacısının da maşınına həbs qoyuldu

    “Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim ...

    15-09-2021, 15:21

  • 
  • Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

    Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara ...

    24-08-2021, 11:34

  • 
  • "12-ci İmam” kimi həbs edilən biznesmen “Şaurma N1” rəhbərinin ortağı imiş

    "12-ci İmam” kimi həbs edilən biznesmen ...

    24-08-2021, 20:37

  • 
  • Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov HƏBS OLUNDU

    Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov ...

    26-02-2019, 15:27

  • 
  • Türkiyə prezidentinin müşaviri Bakıda “zühur edən” qondarma “Mehdi” ilə görüşdü, qalmaqal yarandı

    Türkiyə prezidentinin müşaviri Bakıda “zühur ...

    24-11-2017, 12:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu