GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "12-ci İmam” kimi həbs edilən biznesmen “Şaurma N1” rəhbərinin ortağı imiş

"12-ci İmam” kimi həbs edilən biznesmen “Şaurma N1” rəhbərinin ortağı imiş

Tarix: 24-08-2021, 20:37 Bölmə :Cəmiyyət Baxış: 387


Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yayıb. Rəsmi açıqlamada onun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 50-yə yaxın şəxsin külli miqdarda pullarını ələ keçirdiyi bildirilir. 

Qeyd olunur ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında dini məclislər keçirib, guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Hətta rəsmi məlumatda deyilir ki, A. Babayev zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaiti ələ keçirib.
Aqil Babayevə elan olunan ittihamlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müzakirələrdə A. Babayevin “Şaurma N1” restoranlar şəbəkəsinin rəhbəri Natiq Sadıqovun şəriki olduğu, biznesmenin özünün də şəriki tərəfindən dələduzluğa məruz qaldığı iddia edilib. Sosial şəbəkə istifadəçiləri bildirir ki, zərərçəkmiş qismində təqdim olunan şəxslərin kor-koranə şəkildə tanımadıqları adama yarım milyona yaxın pul verməsi real görünmür. Digər tərəfdən isə A. Babayevi tanıdığını iddia edən şəxslər yazır ki, o, həqiqətən təriqət quraraq belə məclislər təşkil edirmiş.

“Qafqazinfo” yayılan məlumatlara aydınlıq gətirmək üçün A. Babayevin qardaşı Sərdar Babayevlə əlaqə saxlayıb. O, qardaşının “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu təsdiqləyib: “Qardaşım Natiq Sadıqovun həyat tərzində olan bəzi yanlışlıqları, səhvlərini görərək həm şərik, həm də böyük qardaş kimi ona məsləhət verib və danlayıb. Bildirib ki, belə işlərdən əl çəkməsə qurduğu biznesə maneə yarana bilər. Onu həm də ətrafında puluna göz dikən, adını dost qoyan şəxslərdən uzaqlaşdırmaq istəyirdi. Görünür, bu, Natiq Sadıqova xoş gəlməyib. Halbuki, Aqili öz müəssisəsinə şərikliyə özü dəvət etmişdi. Qardaşımın əvvəlcə bağına soxuldular, onu girov saxlayıb həm bağ, həm də digər evinin açarlarını götürüblər. Telefonlarının yaddaşını siliblər. Telefonundan yoldaşına mesaj göndərərək şəhər evindən 9 milyon manat pul və qızıl zinət əşyalarını götürüblər. Bütün bunlar evdə videokameralara düşüb, əlimizdə də faktlar var”.
A.Babayevin özünü 12-ci İmam Mehdi kimi təqdim etməsinə gəlincə isə S. Babayev bildirib ki, əslində qardaşı incəsənətə bağlı olub və təşkil etdiyi məclislərdə də din xadimləri iştirak etməyib: “Mən onun qardaşıyam, illər boyu onun ətrafındakı insanların nə işlə məşğul olduğunu bilirəm. Bu insanlar Aqilin mərhəmətli, mömin olmasından istifadə edib onun çörəyini yeyiblər və ona qarşı əsası olmayan ittihamlarla çıxış edirlər. Bizim əlimizdə çoxlu video görüntülər var ki, bu şəxslər onun təşkil etdiyi şənliklərdə iştirak ediblər. Aqil bayramlarda, ad günlərində və müxtəlif günlərdə məclislər təşkil edirdi. Orada bir nəfər də olsun din xadimi iştirak etməyib. Ancaq incəsənət xadimləri, xalq artistləri, muğam ustaları olub. Aqil musiqiyə bağlı idi, qarmonda, dumbulda ifa etməyi bacarırdı. Özü də namazqılan, oructutan biri idi. Həmçinin dünyəvi işlərdə də aktiv iştirak edirdi. Özünü 12-ci İmam kimi qələmə verən şəxs dünyəvi məclislərdə iştirak edərdimi? Bu, tamamilə yalandır”.
S. Babayevin sözlərinə görə, qardaşının şərikinə və hazırda zərərçəkmiş kimi göstərilən şəxslərə borcu yoxdur: “Natiq Sadıqovdan tutmuş ən sonuncu şəxsə qədər hər biri Aqil Babayevə borcludur. Yaşadıqları evi də Aqil alıb onlara verib. Elə niyyətləri də odur ki, Aqildən oğurladıqları ört-basdır olunsun”.
Qardaşı A. Babayevin jurnalist kimi çalışması ilə bağlı yayılan məlumatı da təsdiqləyib. Bildirib ki, o, illər əvvəl bu sahədə çalışıb.
Səslənən ittihamlara cavab almaq üçün “ŞaurmaN1” rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Restoranlar şəbəkəsindən sorğumuzla bağlı rəhbərliyə məlumat verildiyi və əlaqə saxlanılacağı bildirilsə də, açıqlama verilmədi.
Xatırladaq ki, Aqil Babayevə qarşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

    Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara ...

    24-08-2021, 11:34

  • 
  • İş qurmaq adı ilə külli miqdarda dələduzluq edən şəxsə hökm oxundu

    İş qurmaq adı ilə külli miqdarda dələduzluq edən ...

    2-05-2018, 11:56

  • 
  • Dələduzluq edən məktəb direktoru haqda cinayət işi başlandı

    Dələduzluq edən məktəb direktoru haqda cinayət ...

    20-05-2021, 16:40

  • 
  • “İnstagram”da 200 nəfəri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb

    “İnstagram”da 200 nəfəri aldadaraq pullarını ...

    14-03-2018, 23:28

  • 
  • Prokuror vəzifəli şəxsə 14 il cəza istədi - iş düzəltmək adı ilə dələduzluq edib

    Prokuror vəzifəli şəxsə 14 il cəza istədi - iş ...

    29-03-2018, 12:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu