GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT

“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam” - TƏFƏRRÜAT

Tarix: 23-05-2022, 18:47 Bölmə :Kirminal Baxış: 301

Bakının Binəqədi rayonunda 1952-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində arvadı Arzunu (adlar şərti verilib – red.) qətlə yetirib. Gundemxeber.az xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2020-ci il mayın 22-də Biləcəri qəsəbəsində baş verib. Həmin qəsəbədəki evində Sahib 1956-cı il təvəllüdlü arvadı Arzunun boğazını kəsib və sonra polisə təslim olub.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılıb.

“Arvadım qızımın evində qalırdı”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 6 avqust 1952-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub: “Arzu ilə 1976-cı ildə ailə həyatı qurmuşam. Birgə nikahdan 3 övladımız – 1977-ci il təvəllüdlü Sədi, 1981-ci il təvəllüdlü Samirə və 1983-cü il təvəllüdlü Zahir dünyaya gəlib.

1974-cü ildən 2007-ci ilədək “Azərbaycan” mehmanxanasında inzibatçı vəzifəsində işləmişəm. 2007-ci ildə “Azərbaycan” mehmanxanası fəaliyyətini dayandırdığından işdən çıxdım. 2007-ci ildən 2013-cü ilədək “Monte Cristo” şadlıq sarayında inzibatçı işlədim. 2013-cü ildən təqaüdə çıxdım.

Yaşadığımız fərdi yaşayış evi mənə məxsusdur. Həmin evi bələdiyyə sənədi ilə tikdirmişəm, evə çıxarış almamışam. Ev sifarişim əsasında tikilib və 2020-ci ilin martında onu hazır şəkildə təhvil almışam.

2020-ci ilin aprelində həmin evə köçdük. Bu evdə mən və oğlum Səid yaşayırdıq. Çarpayı olmadığından həyat yoldaşım və oğlum Zahir qızım Samirənin evində qalırdılar”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qızı 1999-cu ildə ailə həyatı qurub: “Hazırda o, bizimlə eyni ünvanda yerləşən fərdi yaşayış evinə bitişik evdə iki övladı ilə yaşayır. Oğullarım Zahir və Səid əvvəllər evli olublar. Sonradan hər ikisi boşanıb.

Səidin əvvəlki nikahından 1 övladı olub. Zahirin isə övladı olmayıb. Oğlum Zahir və həyat yoldaşım Arzu 2020-ci ilin aprelindən qızımın evində qalıblar”.

“Evdə yad kişi ətrini hiss etdim”

Sahib qeyd edib ki, evli olduqları dövrdə bir neçə dəfə həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib:

“Qızım Samirə dünyaya gəldikdən sonra - hələ 80-ci illərdə məndə həyat yoldaşımın xəyanət etməsinə dair fikirlər yaranmağa başladı. Onun davranışlarından mənə xəyanət etdiyini anladım. Hərdən evə gəldikdə həyat yoldaşım mənimlə yaxınlıqdan imtina edirdi. Həmçinin bir neçə dəfə evə gəldikdə evdən və yatağımdan yad kişi ətrinin gəldiyini hiss etdim. Bu barədə həyat yoldaşıma dedim. O, hər dəfə müxtəlif bəhanələr gətirdi, başqası ilə münasibətinin olmasını dandı. Bildirdi ki, məni tuta bilməzsən.

Həyat yoldaşımın mənə xəyanət etməsi ilə bağlı hər hansı qohumuma, dostuma və ya tanışıma heç nə deməmişəm. Bu barədə yalnız onun özü ilə söhbət etmişəm. Həmçinin düşünmüşdüm ki, Arzu məndən boşansa, pis yola düşər. Bu da adıma ləkə gətirər. Bu səbəbdən boşanmadım”.

“Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam”

Təqsirləndirilən şəxs qeyd edib ki, 1983-cü ildə dünyaya gəlmiş övladı Zahir doğuşdan epilepsiya xəstəsi olub: “Zahirin xəstəliyi ilə əlaqədar gündəlik qayğıya ehtiyacı olması səbəbindən Arzudan boşanmaq istəmədim. Boşanmamağımın əsas səbəbi Zahirin xəstəliyi olub.

Arzu ilə evli olduğum dövrdə daim mənə xəyanət etdiyini düşünmüşəm. Lakin oğlum Zahirin xətrinə susmuşam. Həyat yoldaşımın mənə xəyanət etməsinə dəlalət edən konkret sübut əldə edə bilməsəm də, onun xəyanət etdiyinə əmin olmuşam”.

Təqsirləndirilən şəxs deyib ki, son 3 ildə Arzudan ümumiyyətlə ondan soyuyub: “Çox az ünsiyyətdə olmuşuq. Hətta ayrı otaqlarda yatmışıq. Son 3 il ərzində arvadımın mənə xəyanət etməsi fikri ağlımdan çıxmadığından, həmçinin Arzunun xəyanət etməsini kiminsə bilib, mənə nakişi kimi baxması ilə bağlı Arzunu öldürmək niyyəti yarandı.

Lakin əvvəllər Arzunu öldürməyə cəhd etməmişəm. İllər əvvəl yataqdan gəlmiş yad kişi ətrini də heç cür unutmamışam”.

“Bu fikirlər məni rahat buraxmadı”

Sahibin sözlərinə görə, 22 may 2020-ci ildə saat 15 radələrində Arzu evə gəlib: “Evin aşağı mərtəbəsində təmizlik işləri gördü. Həmin zaman evin ikinci mərtəbəsində yataq otağında uzanmışdım. Arzunun mənə xəyanət etdiyini düşündüm. Bu fikirlər məni rahat buraxmadı.

Bir müddət fikirləşdikdən sonra saat təxminən 16.30-da aşağı mərtəbəyə Arzunu yanına düşdüm. Oğlanlarım həmin vaxt bacısıgildə olublar. Arzu mətbəxdə idi. Qaz sobasını çöldən sildiyi zaman ona sobanın içərisini də təmizləməsini dedim. O, dizləri yarı bükülmüş vəziyyətdə əyilərək qaz sobasının içərisini təmizləməyə başladı.

Bu zaman gözüm mətbəxin girişindən sağda masanın üzərində olan bıçağa sataşdı. Bıçağı götürərək Arzunun əvvəlcə sol kürək hissəsinə vurdum. Bundan sonra o, dikəlməyə çalışdı. Mənə “vurma, eləmə” dedi. Lakin bıçağı sağ əlimdə tutaraq Arzunun boğazının sağ tərəfindən batırdım, sonra boğazını kəsdim.

Boğazını kəsdikdən sonra o, sol böyrü üstə mətbəxin döşəməsi üzərinə yıxıldı. Özüm isə dəhlizə çıxdım və istifadəmdə olan mobil nömrədən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim. Operatora həyat yoldaşımı qətlə yetirdiyimi bildirdim”.

“Oğlumdan muğayat olmasını dedim”

Sahib qeyd edib ki, bundan sonra evin ikinci mərtəbəsinə çıxıb, qana bulaşmış şalvarını çıxarıb və həmin paltarı yataq otağına qoyub: “Sonra evin 2-ci mərtəbəsindəki hamam otağına keçdim və qana bulaşmış sol ayağımı yudum. Həmin ərəfədə polis əməkdaşları zəng edərək, yaşadığım ünvanı dəqiqləşdirdi. Təmiz paltar geyindikdən sonra qızımgilin evinin qapısına getdim. Qızımı çağırdım, ona oğlum Zahirdən muğayat olmağı tapşırdım.

Samirə məndən nə baş verdiyini soruşsa da, ona heç nə demədim. Qızım evimə daxil oldu. Mən isə evinin qarşısındakı ara yolla hərəkət etməyə başladım.

Qızım evinə girdikdən bir neçə dəqiqə sonra qışqırdığını, Səidi çağırdığını eşitdim. Evinin qarşısından bir qədər mərkəzi yola çıxdım. Həmin zaman Post Patrul Xidmətinin avtomobili mənə tərəf yaxınlaşdı. Patrul Xidmətinin avtomobilinə mindim”.

“Hər kəsə can sağlığı və xoşbəxtlik arzulayıram”

Sahibin sözlərinə görə, 30 il müddətində arvadı Arzunu öldürmək fikri ilə yaşayıb: “İşlə əlaqədar Moskva şəhərinə ezamiyyətlə bağlı geymişəm, evdə Arzunu uşaqlarla tək qoymağa başladıqdan sonra onun mənə xəyanət etməsi fikri yarandı. Amma heç bir dəlil-sübutum olmayıb.

Bu fikirlərlə illərlə yaşamışam və dözmüşəm. Qurani-Kərimdə də bu məsələlərin olduğunu, xəyanətə görə lənətləndiklərini, bu səbəbdən ailələrində çoxsaylı uğursuzluqların, bədbəxt hadisələrin baş verdiyini bildirmişəm. Bunların hamısının Arzunun mənə xəyanətinə görə ilahi qüvvələr, Allah-taala tərəfindən göndərilmiş cəzalar olduğunu düşündüm. Maddi cəhətdən son vaxtlar sıxıntılar yaşamaqlarımın səbəbi də Arzunun heç bir halda sübut edə bilmədiyim, bir dəlil belə əldə edə bilmədiyim xəyanətləri olub. Dini cəhətdən bu məsələlər hamısı yerindədir və hər şey ilahi qüvvənin diqtə etdiyi kimi davam edir. Ona görə də hər kəsə can sağlığı və xoşbəxtlik arzulayıram”.

Məhkəmə Sahib Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən həmin məcəllənin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

O, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.


Gundemxeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda dəhşətli cinayət: Əmisini amansızlıqla öldürdü, evə od vurdu

    Azərbaycanda dəhşətli cinayət: Əmisini ...

    19-01-2021, 12:20

  • 
  • Gecə saat 03.00-da yatarkən öldürüldü, qatili arvadı çıxdı - BAKIDA ŞOK CİNAYƏT

    Gecə saat 03.00-da yatarkən öldürüldü, qatili ...

    25-09-2020, 13:43

  • 
  • "Arvadımın şəkilləri sosial şəbəkələrdə yayılmışdı" - Tükürpədən namus cinayəti üzrə məhkəmə başa çatdı

    "Arvadımın şəkilləri sosial şəbəkələrdə ...

    23-10-2018, 13:59

  • 
  • Bakıda anasını öldürən oğulun - İttihamı ağırlaşdırıldı

    Bakıda anasını öldürən oğulun - İttihamı ...

    31-10-2018, 10:52

  • 
  • “Cabir 012" ləqəbli “avtoş”u kim öldürüb?

    “Cabir 012" ləqəbli “avtoş”u kim öldürüb? ...

    8-04-2019, 16:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu