Xəbər verdiyimiz kimi, Şəki rayonunda məktəbli qız intihar edib.
Məlumata görə, 2007-ci il təvəllüdlü N.S. yaşadığı evin həyətindəki tövlənin çardağında özünü iplə asıb. DİA.AZ xəbər verir ki, məktəbli qızın intiharı ilə bağlı Cebhe.info-ya kiçik Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Əliyev danışıb. O bildirib ki, qız məktəbdən gələndən sonra özünü çardaqdan asıb: "Məktəbdə dərslərini yaxşı oxuyan şagird olub. Müəllimləri ilə söhbət aparmışıq. Heç bir narahatlığı olmadığı bildirildi. Qapanıq uşaq olub, ailədə problemləri olmayıb. Atası fəhlə işləyirdi. Hazırda istintaq aparılır". Kənd icra nümayəndəsi bildirib ki, hadisə baş verən vaxt evdə təkcə anası olub. Qeyd edilib ki, intihar edən qızın mobil telefonu belə olmayıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?