GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Tərtər işgəncələri: “Binanı “ay ana…” naləsi, ulaşma səsi bürümüşdü, su əvəzinə sidik verirdilər”

Tərtər işgəncələri: “Binanı “ay ana…” naləsi, ulaşma səsi bürümüşdü, su əvəzinə sidik verirdilər”

Tarix: 29-03-2023, 23:03 Bölmə :Kirminal Baxış: 190


Yevlax sakini Vasif Ağayev Tərtər hadisələri zamanı işgəncə nəticəsində sağlamlığını itirib, əlil olub. Onun həm hərəkətində, həm də nitqində problemlər yaranıb.

“Sağlamlığımı itirdim, ailəm dağıldı. Canlı-cüssəli bir oğlan idim. Məni o qədər toka veriblər, o qədər zülm çəkmişəm, bir Allah bilir. Bütün həyatımı darmadağın elədilər. İndi elə vəziyyətə düşmüşəm, özüm-özümə nifrət edirəm. Mənə pensiya kəsiblər, onu da bir ay 400 manat verirlər, bir ay 200 manat…”, – Vasif Ağayev məhkəmədə ifadə verərkən danışıb.

30-yaşlı Ağayev 2017-ci ilin may-iyun aylarında Tərtər hadisələri zamanı hərbçilərə işgəncə verməkdə suçlanan dörd nəfərin işi üzrə 192 zərərçəkmişdən biridir. Söhbət Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik Vüsal Ələsgərov, keçmiş qərargah rəisi polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı Ramil Qarayev və müddətdən artıq xidmət etmiş əsgər Rüstəm Ələsgərovdan gedir. Adları çəkilən dörd nəfər Tərtər işgəncələrində ittiham olunanların bir hissəsidir. Hələ ki, bunların mühakiməsi başlayıb. Onların işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır.

“Yaş corab geyindirib tok verirdilər”

Hazırda bu məhkəmə prosesində zərərçəkənlərin dindirilməsi mərhələsidir. Martın 28-də dindirilən Vasif Ağayev deyir ki, 2017-ci ilin mayında postda xidmətdən düşürüb “Kamaz”la işgəncə verilən binaya gətiriblər.

“Başımıza torba keçirdilər, dizi üstə oturtdular. Nalayiq söyüşlər söyürdülər. Atamın goruna and içdim ki, mən erməniyə, rusa işləmirəm. Vüsal Ələsgərov atamın goruna da söydü. O binanı “ay ana…” naləsi, ulaşma səsi bürümüşdü. Yaş corab geyindirib tok verirdilər. Mənə o qədər işgəncə vermişdilər, özümdən getmişdim”, – Ağayev ifadəsində danışıb.

Onun sözlərinə görə, vəziyyəti ağırlaşdığından Bakıya – Mərkəzi Hərbi Hospitala köçürülüb, lakin işgəncələr dayanmayıb. Deyir ki, orada onları çarpayıya bağlamışdılar, hətta tibb bacıları da pis rəftar edirdilər: “Əllərimiz bağlı, qaşığı ağzımıza soxurdular, az qalırdılar, xirtdəyimizi çıxaralar ki, “vətən xainisiniz”.

Ağayev təqsirləndirilən şəxslərdən polkovnik Ələsgərovdan şikayətçi olduğunu vurğulayıb. Hesab edir ki, sağlamlığını itirməsinin səbəbkarı odur.

“Əllərimiz bağlı, it kimi yemək yemişik”

Digər zərərçəkmişlər İsabala Məmmədov, Bəhmən Məcidov da təqsirləndirilən şəxslərdən yalnız polkovnik Ələsgərovdan şikayətçi olub.

“Mən özümü zabit kimi hiss eləyə bilmirəm, çünki hüquqlarım bərpa olunmayıb. Ailəmin üzünə baxa bilmirəm. Bu, mənim ailəmi niyə söyməlidir? Mən niyə döyülməliyəm? Bizim zabit şərəfimiz alçaldılıb”, – zərərçəkmiş Məcidovun sözləridir.

O, bədənində olan bıçaq, elektrik cərəyanının izlərini də məhkəmədə nümayiş etdirib. Məcidov deyir ki, ondan tabor komandiri Pərviz Pirməmmədovun üzünə durmaq tələb olunurdu.

Təxminən iki ay işgəncə altında saxlandığını deyən zərərçəkmişin sözlərinə görə, uzun müddət əlləri, gözləri bağlı vəziyyətdə saxlanılıb. O deyir ki, hətta yemək veriləndə də təhqir olunurdular: “Əllərimiz bağlı, it kimi yemək yemişik. Biz keçə-keçə, onların da əllərində çömçə bizə yemək veriblər. Onda da biri başımıza qapaz vururdu, biri kürəyimizə vururdu. Su yerinə bizə sidik gətirib verirdilər. Məni yerdə uzadırdılar, Vüsal Ələsgərov başımın üstünə ayağını qoyurdu, üstümdən keçirdi…”.

“Polad Həşimov barədə bildiklərimi söyləməyi tələb edirdilər”

Zərərçəkənlər arasında polkovnik Pərviz Pirməmmədov da var. O, Tərtər hadisələri dövründə tabor komandiri olub. Pirməmmədovun dediyinə görə, bu hadisələrdən öncə polkovnik Ələsgərovla münasibətləri yaxşı deyildi. O, məhkəmədə 2017-ci ildə başına gələnləri – məruz qaldığı işgəncələri yadına salıb yenidən danışmaq istəməyib. Qısaca onu deyib ki, ona bir müddət Tərtərdə işgəncə verəndən sonra Bakıya – Mərkəzi Hərbi Hospitala gətiriblər. Onun sözlərinə görə, bir həftə ayaq üstə saxlanılıb.

İstintaqa ifadəsində isə o, polkovnik Vüsal Ələsgərovun qara maskalılarla birlikdə onu döyməsi, təhqir etməsindən bəhs edir. Pirməmmədov deyir ki, onu düşmənlə əməkdaşlıqda ittiham edirdilər.

“İşgəncə verib Polad Həşimov barədə bildiklərimi söyləməyi tələb edirdilər…”, – bu da Pirməmmədovun ifadəsində yer alıb.

General Polad Həşimov 2020-ci il iyulun 12-də Tovuz istiqamətində döyüşlərdə həlak olub.

Zərərçəkənlər ifadələrində həmin dövrdə I korpusun komandiri olmuş general-mayor Hikmət Həsənovun da adını çəkiblər. Onlar bildirib ki, Həsənov işgəncələrdə birbaşa iştirak edib, onun göstərişi ilə bir çox addımlar atılıb.

Həsənovun barəsindəki ittihamlara münasibəti bəlli deyil.

Özlərini təqsirli bilmirlər

Zərərçəkənlərin ifadələrində səsləndirdikləri fikirlərə təqsirləndirilən şəxslərin heç biri, o cümlədən polkovnik Ələsgərov heç bir reaksiya verməyib. O, zərərçəkmişlərin dediklərini nə təsdiq, nə də təkzib edib.

Ələsgərov məhkəmədə ifadə verməkdən, zərərçəkənlərin suallarını cavablandırmaqdan imtina edib. Yalnız onu deyib ki, Müdafiə naziri, onun müavini, Baş Qərargah rəisi, korpus komandiri və Hərbi Prokurorluğun verdiyi əmrləri icra edib. Ona görə də özünü qətiyyən təqsirli bilmir.

Ümumiyyətlə, bu cinayət işi üzrə məhkəmə qarşısına çıxarılan dörd nəfərin heç biri özünü təqsirli bilmir.

Xatırlatma

Təqsirləndirilən şəxslər qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib. Müdafiə Nazirliyinin idarə rəisi vəzifəsini icra etmiş Bəkir Orucov və daha dörd nəfər aprelin 5-də məhkəmə qarşısına çıxarılacaq.

“Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib./PRESSKLUB.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Tərtər işi”: Həbs edilənlərdən biri hərbi hissə komandiri olub

    “Tərtər işi”: Həbs edilənlərdən biri hərbi hissə ...

    20-04-2022, 11:00

  • 
  • Qəzəblənmiş Tərtər camaatı İcra Hakimiyyətinə yürüş edib

    Qəzəblənmiş Tərtər camaatı İcra Hakimiyyətinə ...

    22-07-2013, 23:51

  • 
  • Döyüşçüyə veteran vəsiqəsi verilmir

    Döyüşçüyə veteran vəsiqəsi verilmir ...

    23-12-2012, 10:49

  • 
  • “Tərtər işi” üzrə həbs edilmiş hərbi qulluqçuların ailə üzvləri piket keçirib

    “Tərtər işi” üzrə həbs edilmiş hərbi ...

    6-09-2019, 15:47

  • 
  • "Tərtər işi" ilə bağlı hərbçilərə işgəncə verən şəxslər həbs edilib - RƏSMİ

    "Tərtər işi" ilə bağlı hərbçilərə ...

    9-02-2022, 13:50


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu