Gundemxeber.az » Ölkə » Kirminal » Bələdiyyə sədrinin istintaqı yekunlaşdı - TƏFƏRRÜAT
Xəbər verildiyi kimi, 20.10.2022-ci il tarixdə Neftçala rayon prokurorluğunda Neftçala bələdiyyəsində müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, toplanmış sübutlarla Rövşən Quliyevin Neftçala bələdiyyəsinin sədri vəzifəsində işlədiyi 2018-2022-ci illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, külli miqdarda rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Quliyevə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Xatırladaq ki, Neftçala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda aparılan araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülmüş vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdi.
GUNDEMXEBER.AZ
20-02-2015, 12:14
21-02-2015, 11:40
17-08-2021, 16:22
25-09-2014, 15:21
1-06-2020, 13:00
Sorğu
Yeni dizaynımız necədir?