GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Gənc qız qardaşını parka göndərdi, evdə kişilərlə... – Qaxda dəhşətli olay

Gənc qız qardaşını parka göndərdi, evdə kişilərlə... – Qaxda dəhşətli olay

Tarix: 24-05-2023, 17:56 Bölmə :Kirminal Baxış: 118

Qax rayonunda 2007-ci il təvəllüdlü oğlan, milliyyətcə gürcü Levani qısqanclıq zəminində bacısı Ninonu (adlar şərti verilib – red.) öldürüb.

5 noyabr 2022-ci ildə saat 12.30-da Levani ilə bacısı Ninonun kirayədə yaşadığı evdə mübahsələri baş verib.

Levani münaqişədən sonra pozğun həyat keçirdiyinə, yəni ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olduğunu görə Ninonu qisas məqsədilə öldürmək qərarına gəlib. O, qonaq otağındakı divanda bacısının yatmaq istədiyini görüb.

Levani divanın baş tərəfində kresloda əyləşib, saat 14 radələrində bacısının yatdığına əmin olduqdan sonra ona bıçaq zərbələri vurub.

Yuxudan ayılan Ninonun müqavimət göstərməsinə baxmayaraq ona 21 zərbə endirib. Qız aldığı xəsarətlərdən vəfat edib.

“Anam bacımı evdən qovdu”

İstintaq orqanı tərəfindən Levaninin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Levani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, atası Zurabi 2016-cı ildə vəfat edib: “2017-ci ildə anam Marina Qax sakini Valehlə qeyri-rəsmi nikaha daxil oldu və onlar atamın evində yaşamağa başladılar. Məndən 2 yaş böyük olan bacım Nino ilə anamın arasında mübahisə yarandı, anam 2020-ci ilin mayında onu evdən çıxardı.

Anam Ninonu pul qazanmadığına, maddi vəziyyətimizin çətin olduğuna görə evdən qovdu. Hətta bundan sonra anamla bacım arasında bir neçə dəfə münaqişə oldu. Buna görə bacım nənəmin evinə yığışıb, orada yaşamağa başladı”.

“Sevgi münasibətləri vardı”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin yanvarında anası onu da pul qazanmadığına görə evdən qovub: “Mən də nənəmin evinə getdim. 2022-ci ilin yanvarından bacımla Qax şəhərinə gəldik. Orada “Mehdinin dönərxanası” adlı yerin yaxınlığında ev tutduq, kirayədə yaşmağa başladıq.

Bəzən Ninonun rəfiqəsi bizə gəlir, bizimlə birlikdə qalırdı. Həmin vaxt bacım “Şirin həyat” restoranında ofisiant işləyirdi, İbaxlı kəndində yaşayan Sadiqlə sevgi münasibətləri vardı”.

Levani qeyd edib ki, 2022-ci ilin aprelində Sadiq Bakı şəhərinə işləməyə gedəndə Nino da onunla gedib: “Mən isə nənəmin kənddəki evinə qayıtdım. Nino 5-10 gün sonra Bakıdan Qax rayonununa, kəndə qayıdaraq nənəmin yanına gəldi. Nino Sadiqin yanında qalmağa yer olmadığına görə kəndə qayıtdığını dedi. Sadiq də 1-2 ay sonra Bakıdan Qax şəhərinə qayıtdı və 1 gün Nino ilə Qax şəhərində tanımadığım ünvanda qaldı”.

“Cinsi əlaqədə olduğunu başa düşdüm”

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin iyun ayında Qax şəhərində 2 mərtəbəli binada 150 manata 3 otaqlı mənzil kirayələyiblər və orada yaşamağa başlayıblar: “Evin pulunu Nino verirdi. Atalığını itirilməsinə görə Nino pensiya alırdı. Bəzən də nənəm bizə köməklik göstərirdi. Sadiq hər gün bizə gəlirdi. Sadiq gələn kimi Nino məni parka göndərir, zəng edəndə evə qayıtmağı tapşırırdı.

Onların ilk əvvəl nə ilə məşğul olduqlarını başa düşmürdüm. Bacım mənə hamiləlik testi aldırmağa başladıqda onların cinsi əlaqədə olduğunu tam anladım. 2 ay həmin evdə qaldıqdan sonra kirayə haqqnını baha olması səbəbindən yenidən kəndə qayıtdıq”.

“Məni parka göndərirdi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2022-ci ilin sentyabrında Nino ilə Qax şəhərində 100 manata həyət evi kirayə tutublar: “Həmin evdə Nino ilə rəfiqəsi yaşayırdı. Rəfiqəsi kəndə gedəndə Nino mənə zəng elədi. Qax şəhərinə kirayə evə gəlib bacımla qaldım.

Nino ilə kirayədə yaşadığımdan həmin evdə mənim alt və üst geyimim vardı. Nino həftənin 2-3 gününü mənimlə, qalan günləri isə Sadiqlə kirayə tutduqları evdə qalırdı. Həmin müddətdə də Sadiq Ninonun yanına gəlib-gedirdi. Hər dəfə o, gələndə Nino məni parka göndərirdi”.

“Başımla təsdiqlədim”

Levani deyib ki, növbəti dəfə Sadiq kirayə yaşadıqları evə gəlib: “Nino məni yenə parka göndərdi. Bir saat sonra zəng edərək məni evə çağırdı. Sadiq artıq getməyə hazırlaşırdı. Qonaq otağında sınmış stəkan şüşələri vardı.

Sadiq məndən Ninonun başqa sevgilisini evə gətirməsindən xəbərim olub-olmadığını soruşdu. Nino xəbərim olduğunu dedi. Buna görə mən də başımla təsdiqlədim. Bundan sonra Sadiq Ninoya artıq onunla münasibətinin bitdiyini deyib evdən çıxdı. Sadiqin ardınca çıxıb evin darvazasını bağladım və geri qayıtdım”.

“Üzərimə qışqırdı”

Təqsirləndirilən şəxs deyib ki, oktyabrın 30-da bacısı Nino ilə birlikdə dayısıgilə gedib:

“Bacım dayımgildə kiminləsə telefonla danışdı və vatsap vasitəsilə yazışdı. Saat 08.15-də bacımla dayımgilin yaşadığı kənddə marşruta mindik və Qax şəhərində yerləşən evə gəldik. Səhər yemədiyimizə görə saat 10 radələrində yemək yeməyə başladıq. Dayımgil bizə kələm dolması qoymuşdu. Nino həmin dolmanı qızdırdı və birlikdə yedik.

Nino saat 11 radələrində saçını yumaq üçün hamama getdi. Təxminən saat 11.30-da hamamda borudan su axdığına görə Nino mənə hamama gedən boru xəttinin üzərində olan krantı bağlamağı tapşırdı. Bacıma “özün hamamdan gəlmisən, niyə bağlamamısan” deyə cavab verdim.

Nino üzərimə qışqırdı və təkidlə məndən krantı bağlamağımı tələb etdi. Krantı bağlayacağımı bildirməyimə baxmayaraq Nino yenidən təkid etdi. Mən də həmin krantı bağlayaraq evə qayıtdım.

Evə gəldikdən sonra bacımın qonaq otağındakı divanda oturduğunu və çay içmək üçün stəkanı yanına qoyduğunu gördüm. Divanın qarşısında döşəmədə Ninonun qaşına sürtdüyü ilan yağı kremi vardı”.

“Yatmağını gözlədim”

Levani qeyd edib ki, həmin vaxt bacısə Ninonu pozğun həyat keçirdiyinə görə öldürmək qərarına gəlib: “Nino qonaq otağında girişdən sağ tərəfdəki divanın üzərinə sol çiyni üstə uzanmışdı. Saat 12.30-dək telefonda kiminləsə yazışdı, sosial şəbəkələrdə nəyəsə baxdı.

Mübahisədən əsəbiləşmişdim, pozğun həyat keçirməsi də yadınma düşəndə Ninonu öldürmək qərarına gəldim. Buna görə yatmağını gözlədim. Oyaq olsaydı, onu öldürə bilməyəcəkdim. Divanın baş tərəfində kresloda oturdum.

Nino saat 13.30-da telefonla danışığını qurtardıqdan sonra mürgüləməyə başladı. Yarım saat sonra, yəni saat 14 radələrində onun yatdığını gördüm. Mətbəxə keçdim, stolun üzərində olan bıçağı götürdüm, Ninonun yanına qayıtdım. Yorğanı sol əlimlə ayaqlarına qədər çəkdim və sağ əlimdə olan bıçaqla onun sol çiyin nahiyəsinə, belinə təxminən 6-7 zərbə vurdum.

Nino oyandı, sağ əli ilə özünü qorumaq istəyəndə sağ ovucunun içərisinə, bilək nahiyəsinə, sinəsinin sol tərəfinə, qarın nahiyəsinə bıçaqla zərbələr endirdim”.

“Meyiti görəcəklərindən ehtiyat etdim”

Levani deyib ki, Nino yenidən çevrilib və onun sağ budunun yan tərəfinə bıçaqla zərbə endirib:

“Bundan sonra bıçaqla bir neçə dəfə də vurdum. Zərbələrin onun hansı nahiyəsindən dəydiyini xatırlamıram. Bıçaq zərbəsini vurduqdan 3-4 dəqiqə sonra Ninonun artıq nəfəs almadığını, öldüyünü hiss etdim. Əllərindən tutaraq onu divandan yerə saldım, qapı istiqamətində çölə çıxarmaq istədim. Meyiti həyətdə basdırmaq istədim.

Lakin sağ tərəfdəki qonşuda fəhlələr tikinti işi aparırdı, bu səbəbdən meyiti görəcəklərindən ehtiyatlandım və fikrimdən daşındım. Fəhlələr Ninonun meyitini çöldən baxdıqda evin içərəsində görməsinlər deyə yorğanı üzərinə örtdüm. Həyətdəki yardımçı tikilidən çəkic gətirdim, qonaq otağında mətbəxin giriş qapısının qarşısında bıçağı qırdım. Qırılmış hissələr evin içərisinə səpələndi.

Qırıntıları taparaq topladım və yumadan bıçağın tutacağı ilə birlikdə həyətdəki yardımçı tikilinin önündə qumu əlimlə qazaraq orada basdırdım. Çəkici isə evin giriş qapısının solunda olan stolun üstünə qoydum”.

“Öldürməyim barədə heç bir söz demədim”

Təqsirləndirilən şəxs deyib ki, əlini darvazanın girişində əl-üz yumaq üçün olan krantın altında yuyub: “Şalvarımın sol tərəfində qan izləri olduğundan şalvar-köynəyimi yataq otağında dəyişdim. Qapını örtərək küçəyə çıxdım. Küçədə heç kim yox idi. Oradan Qax şəhər avtovağzalına gəldim. Təxminən saat 14.30-da Qax-Üzümlü marşrutuna mindim və kəndə getdim.

Kənddə nənəm nə səbəbə gəldiyimi soruşdu. Ninonun rəfiqəsi ilə qalacağını bildirdim. Sonra Ninonun zəngimə cavab vermədiyini bildirdim.

10-15 dəqiqə sonra əmim nənəmgilə gəldi. O da Ninoya zəng etdi, lakin zəngə cavab verilmədiyini bildirdi. Onlara Ninonu öldürməyim barədə heç bir söz demədim.

Əmimlə birlikdə küçədə armud ağacının altında olan çardağa getdik. Əmim dostları ilə stolüstü oyunlar oynamağa başladı. Mən də əmimin yanında dayandım.

Saat 18 radələrində nənəm çardağa gəldi və əmimdən Ninoya zəng etməsini istədi. Zəng yenə də cavabsız qaldı”.

“Bacımı öldürdüyümü etiraf etdim”

Levani qeyd edib ki, həmin vaxt Qax rayon sakini Əlinin idarə etdiyi “BMW” markalı avtomobillə onların yanından keçərkən nənəsi avtomobili saxlatdırıb:

“Əlidən bizi Qax şəhərinə aparmağı xahiş etdi. Nənəmlə Əlinin avtomobilinin arxa oturacağında əyləşdik. Nənəmlə birlikdə kirayə qaldığımız evə gəldik. Mənzilə daxil olanda nənəm Ninonun meyitini tapdı, qışqır-bağır saldı. Bundan sonra təcili yardım xidmətinə və polisə zəng edərək məlumat verdik. Daha sonra polis əməkdaşları və təcili yardım xidmətinin həkimləri gəldi.

İlk öncə qorxduğum üçün polis əməkdaşlarına bacımı öldürməyim barədə məlumat vermədim. Sonra törətdiyim cinayət əməlini etiraf etmək qərarına gəldim və səmimi etiraf etdim”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Levani 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.


Hacı Zeynalov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda dəhşətli olay: bacısının ailəsini bıçaqdan keçirdi

    Bakıda dəhşətli olay: bacısının ailəsini bıçaqdan ...

    8-01-2015, 12:27

  • 
  • Azərbaycanda DƏHŞƏTLİ OLAY - Ərdə olan bacısını başqa kişilərlə tutdu, sonra...

    Azərbaycanda DƏHŞƏTLİ OLAY - Ərdə olan bacısını ...

    18-12-2019, 14:40

  • 
  • “Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq

    “Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq ...

    27-11-2015, 17:51

  • 
  • Bakıda anasını öldürən oğulun - İttihamı ağırlaşdırıldı

    Bakıda anasını öldürən oğulun - İttihamı ...

    31-10-2018, 10:52

  • 
  • Azərbaycanda dəhşət: qısqanc ər arvadını xüsusi amansızlıqla öldürüb

    Azərbaycanda dəhşət: qısqanc ər arvadını xüsusi ...

    29-12-2014, 12:56


Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

İyun 2023 (175)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu