"Məişət zorakılığı böyük problemə çevrilib. Bu problemi ciddiyə alınmadıqca, qadın qətlləri, uşaq evlilikləri, zorlamalar, travmalı ailələrin sayı artacaq”.
Gundemxeber.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Zibeydə Sadıqova bir həftə ərzində Azərbaycanda qadınlara qarşı törədilmiş zorakalığın dəhşətli statistikasından danışarkən deyib.
Vəkil bu statistikanın artmasının müxtəlif səbəbləri olduğunu vurğulayıb. "Qadın qətlləri ilə bağlı mediada tez-tez xəbərlər görürük. Əsas səbəb isə məişət zorakılığı probleminin həll edilməsi üçün dövlət qurumlarının xüsusi tədbirlər görməməsidir. Zaman-zaman hansısa qurumların nəsə tədbirlər keçirdiyinin şahidi oluruq. Amma edilən hərəkətlər bu problemin kökündən həllinə yönəlmir”, deyə ekspert bildirib.
Zibeydə Sadıqova hesab edir ki, bu problemi həll etmək üçün ilk növbədə qanunda dəyişikliklər edilməidir:
"Yeni qanunlar qəbul edilməlidir. İstanbul Konvensiyası Azərbaycanda ratifikasiya edilməlidir”.
Qeyd edək ki, Azərbaycanda bir həftə içində qadınlarla bağlı dəhşətli statistika açıqlanıb:
4 iyun - Ağdamda 43 yaşlə F.M. itkin düşüb.
14 iyun - Bakıda 17 yaşlı -R.M. itkin düşüb.
16 iyun - Ağdamda 21 yqaşlı Sənurə Səmədova övladı olmadığı üçün intihar edib.
16 iyun - Cəlilabadda 55 yaşlı Mənsurə Bəbirova intihar edib.
16 iyun - Sabirabadda G.M.-ya 3 il əvvəl boşandığı keçmiş əri tərəfindən ağır xəsarət yetirilib, o, 2 il sığınacaqda yaşayıb.
16 iyun - Tovuzda 21 yaşlı Aygün Nəcəfova doğuşdan sonra ölüb.
16 iyun - Abşeronda 38 yaş X.X. əri tərəfindən bıçaqlanıb.
16 iyun - Abşeronda F.F.-intim şəkilləri ilə şantaj edilib.
18 iyun - Naxçıvanda 17 yaşlı Aysun İbrahimova kəsici alətlə öldürülüb.
19 iyun - Naxçıvanda 2000-ci il təvəllüdlü Telli Alcəfərova həmkəndlisi Röyal Zeynalov tərəfindən boğularaq öldürülüb.
Sorğu
Yeni dizaynımız necədir?