Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı gələn həftə təyin ediləcək. Bu barədə vəkil Zibeydə Sadıqova mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gözəl Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürüləcək. Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib. Noyabrın 1-də Gözğl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.
Sorğu
Yeni dizaynımız necədir?