Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı hərbi hissəsində xidmət edən Kənan Bəkiyev odlu silahdan atəş açaraq intihar etməsi faktı üzrə həbs edilən var. Gundemxeber.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Hərbi Prokurorluqda aparılan cinayət işinin istintaqı çərçivəsində Kənan Bəkiyevin komandiri olmuş Tofiq Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, hərbçimizin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. İstintaq nəticəsində Tofiq Məmmədovun digər əsgərləri də döyməsi faktı aşkarlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?