Bakıda qayınatasını diri-diri yandıraraq öldürməkdə təqsirləndirilən Rövşən Əhmədovun (soyad şərtidir) barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Gundemxeber.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədov CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə təqsirli bilinib və 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qeyd: Hadisə 2021-ci ilin sentyabrında baş verib. Belə ki, 43 yaşlı Rövşən Əhmədov arvadı Lamiyə Əhmədovanın (soyad şərtidir) ona xəyanət etməsindən şübhələnib. Həyat yoldaşı evi tərk edəndən sonra onu axtarmaq üçün qayınatasıgilə gəlib. İçkili halda qayınatası Mütəllim Tağıyevin evinə gələn Rövşən onun üzərinə benzin tökərək yandırıb. Nəticədə Mütəllim Tağıyev ölüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?