17 yaşlı fələstinli Məhəmməd Əbu Hudayrı diri-diri yandıraraq öldürən israilli Yosef Haim Ben David ömürlük həbsə məhkum edilib.
Qeyd edək ki, Əbu Hudayr adlı fələstinli gənc 2014-cü il 2 iyulda, Qüdsün şimalındakı Şufat bölgəsində səhər saatlarında yəhudilərin məskunlaşdığı məhəllədə ölü tapılmışdı. Onu yəhudi gənclər diri-diri- yandırmışdılar.
gundemxeber.az faktxəbər.com-a istinadən bildirir ki, hadisədən qısa bir müddət sonra, israilli gənclərin mühakimə olunmalarına başlanılmış, cinayəti təşkil edən Ben Davidə kömək etdiyi irəli sürülən 2 şübhəli haqqında qərar fevral ayında verilmişdi. Biri 21 il, digəri isə ömürlük həbs cəzasına məhkum edilmişdi.
Yosef Haim Ben Devidin vəkili isə müvəkkilinin psixoloji pozğunluğunun olduğunu iddia edərək iddianın təxirə salınmasına nail olmuşdu.
Artıq məhkəmə son qərarı verib və 30 yaşlı Ben David ömürlük həbsə məhkum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?