Türkiyəyə özbək və qazax yeməkləri ilə bağlı təlimə gedən Özbəkistanlı aşbaz Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
2001-ci ildə Özbəkistan Respublikasında anadan olan Uyda Kurabyevin (ad, soyad şərtidir – red.) hava limanında saxlanılmasına səbəb çantalarıda Özbəksitandan Türkiyəyə aparmaq istədiyi 400 qutu siqaret aşkarlanması olub. Uyda Kurabyev məhkəmə iclasında bildirib ki, o, Özbəkistan Respublikasından birbaşa Türkiyəyə biletlər baha olduğundan Bakı şəhərinə gəlib və buradan İstanbula getmək istəyib. Aşbaz bildirib ki, Türkiyədə qardaşı yaşayır, özü isə ölkəsində tanınan aşbazlardandır. Türkiyədə özbək və qazax yeməkləri ilə bağlı təlimlər keçirir. Tanışlarının xahişi ilə siqaretləri Özbəkistan Respublikasından alıb və Türkiyə aparmaq istəyib, satmaq niyyəti olmayıb. Hazırda əməlindən peşmandır və həmin siqaretlərin müsadirə olunmasını xahiş edir
Məhkəmənin qərarı ilə Uyda Kurabyev İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və inzibati xətanın bilavasitə obyekti olan 200 qutu "Parliament Silver Blue” markalı, 150 qutu "Parliament Exotik Cruise” markalı, 150 qutu "Marlboro touch mix”, Özbəkistan istehsalı olan siqaretlər, 40 qutu "Heets Amber Selection only for 1qos 3 Duos" markalı və 10 qutu "Heets Summer Wave only for İQOS”, Qazaxıstan istehsalı olan elektron siqaretlər müsadirə edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?