Mançester şəhərətrafı qəsəbələrində dəhşətli hadisə baş verib.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, pedofil qruplaşması uşaqlara illərlə təcavüz edib. İstintaqın miqyasına baxmayaraq, onun bir çox iştirakçıları hələ də azadlıqdadır. Qeyd olunur ki, məhkəməyə 42 nəfər, o cümlədən kriminal birliyin rəhbəri çıxıb. O, 22 il müddətinə azadlıqdan məhrum edilib. Söhbət 2004-2012-ci illərdə fəaliyyət göstərən cinayətkar qruplaşmadan gedir. " The Guardian" nəşrinin verdiyi xəbərə görə, pedofillər qurbanları qəfəsdə saxlayırdılar. Uşaqları it kimi hürdürürüblər. Məlum olub ki, əsirlərdən biri əzab verəndən uşaq dünyaya gətirib. Polis cinayətkarların başqa bir zorlama hadisəsində iştirakını sübut edə bilməyib, bundan sonra 13 yaşlı qız abort etdirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları materialı gizli şəkildə təhlil üçün təqdim ediblər. Nə qurbana, nə də ailəsinə məlumat vermədən. Lakin DNT testi saxlanılan pedofillərin heç biri ilə əlaqəsini aşkar etməyib. Daha bir zərərçəkmiş isə məhkəmədə dəstənin şəriki kimi göstərilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?