Gundemxeber.az » Ölkə » Kirminal » Məşhur uşaq məhsulları şirkəti məhkəmələrə 700 milyon dollar ödəməyə razılaşdı: ŞOK SƏBƏB
Amerikanın Johnson & Johnson şirkəti istehsal etdiyi uşaq pudrası ilə bağlı qalmaqalı həll etmək üçün 700 milyon dollar ödəməyə razılaşıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə şirkətin baş maliyyə direktoru Cozef Volk “The Wall Street Journal”a məlumat açıqlayıb.
Volk nəşrə bildirib ki, ABŞ-ın əksər ştatlarının baş prokurorları ilə prinsipial razılaşma şirkət üçün “vacib addımdır”, çünki o, “bu məsələni əsaslı şəkildə arxada qoymağa” çalışır.
Xatırladaq ki, Amerikanın 42 ştatı tərkibində kanserogen asbest olduğu üçün xərçəngə səbəb ola biləcək talk əsaslı uşaq pudrası ilə bağlı şirkətə qarşı iddia qaldırıb. 2020-ci ildə Johnson & Johnson çoxsaylı məhkəmə çəkişmələri səbəbindən ABŞ və Kanadada bu məhsulun satışını dayandırıb. Buna baxmayaraq, şirkət məhsulun təhlükəsiz olduğunda təkid edirdi.
Gundemxeber.az
12-04-2021, 09:40
14-07-2021, 09:25
18-12-2021, 10:00
4-11-2014, 22:20
2-11-2020, 13:48
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?