GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları MƏLUM OLDU

Bəxtiyar Hacıyevin cinayət işinin bəzi detalları MƏLUM OLDU

Tarix: 2-02-2024, 21:15 Bölmə :Kirminal Baxış: 274


Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.

Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bəxtiyar Hacıyev tamah niyyəti ilə 23 yanvar 2013-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanında kommersiya hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi uçotuna alınmış direktor vəzifəsinə özünün özünü təyin etdiyi “HUMAN CAPITAL CONSULTING” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından çıxış edərək “Caspian Plaza” biznes mərkəzində müqavilə olmadan icarəyə götürdüyü ofisdə xeyli miqdarda gəlirləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmaqla davamlı gəlir əldə etmək məqsədi ilə müqavilə bağlanılmadan, maliyyə, vergi və digər hesabatlar tərtib etməyib mühasibat uçotu və sair rəsmiləşdirmə aparılmadan vətəndaşlara ödənişli əsaslarla xarici ölkələrə turizm və işgüzar məqsədlər üçün vizaların alınması, xarici ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinə tələbə qəbulu, dil kursları və yay məktəblərinin təşkili xidmətlərini göstərib.

2016-2018-ci illərdə özünün şəxsən nəzarət və rəhbərlik etdiyi “Premium Class Azerbaijan” dil mərkəzində əmək müqaviləsi bağlanılmadan ayrı-ayrı müddətlərdə xarici dillərin tədrisi üçün müəllimlər və ofisin fəaliyyəti ilə bağlı digər xidmətlərin yerinə yetirilməsinə işçilər cəlb edərək ödənişli əsaslarla müqavilə bağlamayaraq əcnəbi dil proqramları üzrə hazırlıq dərslərinin keçirilməsini təşkil edib.

2016-2022-ci illərdə “Caspian Plaza” biznes mərkəzində icarəyə götürdüyü ofisin otaqlarını və zalını ayrı-ayrı şəxslərə dil kurslarının, təlim, seminar və müxtəlif tədbirlərin keçirilməsi üçün aylıq və ya bir neçə saatlıq ödənişli əsaslarla müqaviləsiz subicarəyə verməklə gəlirlər əldə edib.

Bəxtiyar Hacıyev vergi qanunvericiliyinin tələblərini pozmaqla 2016-2022-ci illər üzrə mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə ümumilikdə 52489,44 manat məbləğində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, Bəxtiyar Hacıyev tamah niyyəti ilə dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” (Public Policy Institute) adlı qurumun təsisçisi və direktoru kimi özünü təqdim edib xeyli miqdarda pul vəsaitlərinin qrant layihəsi adı altında resipiyent kimi ona ayrılması barədə danışıqlar aparıb razılıq əldə etmiş, bu məqsədlə o, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən və Azərbaycan ərazisində qrant vermək hüququ əldə etməmiş “Avropa Demokratiyaya Yardım Fondu” (European Endowment for Democracy) adlı qeyri-hökumət təşkilatı ilə ümumilikdə həmin dövrün məzənnəsi ilə xeyli miqdarda 81360 manat təşkil edən 45528,67 avro pul vəsaitlərinin qrant adı ilə xarici bank hesablarına köçürülməsinə nail olub. 2022-ci ilin fevral-may aylarında Bakı şəhərində dövlət qeydiyyatına alınmamış “İctimai Siyasət İnstitutu” adlı təşkilatın “layihə meneceri” kimi çıxış edərək tədbirlər zamanı qəhvə fasiləsinin təşkilinə, kommunal və rabitə xidmətlərinə, kompüterlər, kameralar, monitor, mikrofon, yaddaş kartı və digər avadanlıqların alınmasına görə ödənişlərin edilməsinə dair məzmununa həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən hesabatları qanunsuz hazırlayıb bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə xarici donor təşkilatının təmsilçilərinə təqdim edib.

O, qanunsuz sahibkarlıq fəaliyyəti və qaçaqmalçılıq yolu ilə əldə etdiyi məzənnəyə görə xeyli miqdarda ümumilikdə 133849,44 manat məbləğində xeyli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə əldə etdiyini bilə-bilə əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə həmin vəsaitləri 2016-2022-ci illərdə Bakı şəhərində bir neçə bankda öz adına olan cari hesablarına hissə-hissə nağd şəkildə mədaxil edib. Sonradan paytaxtın Yasamal rayonu, Zərdabi küçəsi, məhəllə 3166 ünvanında inşa edilmiş 6 saylı yaşayış binasında 3 otaqdan ibarət ümumi sahəsi 124,07 kvadrat metr olan 61 saylı təmirsiz mənzilin öz adına 155 000 manata alınmasına sərf edib.

Bundan başqa, Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Muradova arasında olan məhkəmə baxışının hazırlıq iclası keçirilərkən, B.Hacıyev məhkəmənin normal iş rejimini kobud surətdə pozub Ülviyyə Muradovanın və valideynlərinin ünvanına təkrarən ucadan nalayiq ifadələr işlədib. Daha sonra ona zor tətbiq etməklə və sağlamlığına zərər vurmaqla hədələyib üzərinə hücum etmiş, əlindəki yumrulanmış kağız bükülüsü ilə qəsdən başına vuraraq əli ilə qolundan tutub dartıb. Eyni zamanda, icra məmuru Orxan Abdullayevi hər iki əli ilə qəsdən sinəsindən vurub itələyərək fiziki zor tətbiq etməklə müqavimət göstərib, yumruqla qəsdən Ülviyyə Muradovanın başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə və itələyərək başını iclas zalının giriş qapısına vurmaqla onun sağlamlığına a yüngül zərər vurmaya aid xəsarətlər yetirib.

Təqsirləndirilən Bəxtiyar Hacıyev ona irəli sürülən ittihamla təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası fevralın 16-a təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb./Report



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib - Diqqət!

    Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət ...

    7-01-2019, 13:42

  • 
  • Cahangir Hacıyevin işi yenidən icraata götürüldü

    Cahangir Hacıyevin işi yenidən icraata götürüldü ...

    24-12-2018, 10:41

  • 
  • Şirkət direktorunun işi məhkəməyə göndərildi

    Şirkət direktorunun işi məhkəməyə göndərildi ...

    11-12-2013, 15:57

  • 
  • Cahangir Hacıyevin ikinci cinayət işinin istintaqı başa çatıb

    Cahangir Hacıyevin ikinci cinayət işinin ...

    11-10-2018, 10:20

  • 
  • Məhkəmə "Bank Respublika"nın sabiq inkassatorunun vəsatətini təmin etməyib

    Məhkəmə "Bank Respublika"nın sabiq ...

    2-10-2018, 12:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu