Gundemxeber.az » Ölkə » Kirminal » Balta ilə ata-anasını, azyaşlı qardaşını qətlə yetirən şəxs bacısını və bacısı qızını da öldürüb - Yenilənib, Foto
Bakıda balta ilə ata-anasını və azyaşlı qardaşını qətlə yetirən şəxs digər ailə üzvlərini də qətlə yetirib...
Dəhşətli qətli törətməkdə şübhəli bilinən Əhməd Əhmədov həmçinin, bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədova və onun qızını da öldürüb.
Qeyd edək ki, sabiq məmur övladı olan 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları öldürüb.
***
Üç nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində üç nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.

Bakıda oğlu tərəfindən qətlə yetirilən qadın məktəb direktoru olub.
APA xəbər verir ki, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Hadisə ailənin Xətai rayonu, General Şıxlinski küçəsi 29 ünvanında olan evlərində qeydə alınıb. Ailədə olan münaqişənin qətllə nəticələndiyi bildirilir.
Ailənin böyük oğlu, 1999-cu il təvəllüdü Əhməd Əhmədov balta ilə anası Bikə Əhmədovanı, atası Mehman Əhmədovu və 2015-ci il təvəllüdlü Məhəmməd Əhmədovu qətlə yetirib.
Hadisə barədə polisə qonşular məlumat verib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, istintaq hərəkətləri aparılır.
Gundemxeber.az
***
Bakıda əri və övladı ilə birgə qətlə yetirilən Bikə Əhmədova məktəb direktoru olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, B.Əhmədova Bakı şəhəri, Xətai rayonunda yerləşən 59 saylı orta məktəbin direktoru olub.
***
Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.
Bu barədə Poliqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Bikə Bədəl qız Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb./oxu.az/
6-11-2015, 13:43
23-12-2014, 13:00
15-02-2021, 11:27
27-06-2013, 12:30
13-01-2021, 10:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?