Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən bir neçə avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həmin sürücülərdən bir neçəsinin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan onlar tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.
Beləliklə onların barələrində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən Hacı Ömərov və Dəyanət Müslümovun barəsində inzibati qaydada həbs, Murtuz Məmmədov və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növləri seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?