GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Məhkəmədə Səhhət Həbibbəylinin adı çəkildi: Hard diskləri məhv etmək tapşırığı niyə verilib?

Məhkəmədə Səhhət Həbibbəylinin adı çəkildi: Hard diskləri məhv etmək tapşırığı niyə verilib?

Tarix: 23-05-2024, 19:41 Bölmə :Kirminal Baxış: 229

Mayın 23-də Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfin nümayəndəsi iştirak etməyib. Zərərçəkən Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məhkəməyə müraciət edərək dəymiş ziyan ödənildikdən sonra prosesdə iştirak edəcəklərini bildiriblər.
Təqsirləndirilən şəxs Rafael Əliyev bildirib ki, vəsaitin müəyyən hissəsi ödənilib və bu proses davam edir.
Daha sonra məhkəmədə şahidlərin ifadəsi dinlənilib. Şahidlər bildiriblər ki, TIR və GRP proqramları çoxdan yaradılıb və bu proqramlar vasitəsilə alınan pullar müvafiq adamlara - komitənin maliyyə şöbəsinə verilirdi. Bu göstərişi onlara komitə sədri Səhhət Həbibbəyli verib. Şahidlər qeyd ediblər ki, onlar proqrama müdaxilə edə bilməyiblər.
İdxal xətti ilə pullar manatla, tranzitlə gələnlərdən isə dollarla alınıb. Eyni zamanda, gömrüklərdə sərnişin xəttindən də pullar yığılıb və günün sonunda yığılan pullar barədə komitəyə məlumat verilirdi. Bu pullara heç kim dəyə bilmirdi. Ay ərzində yığılan pulların miqdarı da müxtəlif olurdu. Bəzi gömrüklərdə xətlərə uyğun olaraq 200-250 min, bəzilərində isə 300-400 min manat pul yığılırdı.
Həmin dövrdə gömrüklərdə şöbə müdirləri, post rəisləri kimi çalışan şəxslər aylıq olaraq 2000-3000 manat paket alıblar.
Şahidlər bildiriblər ki, hard-disklərin (yaddaş cihazlarının) məhv edilməsini onlara komitə sədri Səhhət Həbibbəyli tapşırıb: "Komitə sədri zəng elədi, hard-disklərin məhv edilməsini tapşırdı. Təxminən 20-30 hard-disk var idi. Çilingərlə bir evə getdik, orda onları doğradı və şəhərdən kənarda olan məişət tullantılarının olduğu yerə atdı. Sonradan məlum oldu ki, həmin həyət Səhhət Həbibbəylinin yaşamadığı evinin həyətidir".
Məhkəmədə ifadə verən şahidlər qeyd ediblər ki, gömrüklərdən keçən maşınlar tərəzilərə çıxarılırmış və hər birindən 20 manat alınırmış: "İl ərzində təxminən 1-1,2 milyon manat pul yığılırdı ki, o da komitədə Rafael Əliyev və Mənsur Əsgərova verilirdi".
Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdiri Nurlan Hacıyev şahid kimi dindirilib. O, bildirib ki, çalışdığı dövrdə müəyyən edilən fiziki şəxslərin pullar çıxarışla alınırmış:
"Dövlət büdcəsindən həmin şəxslərə köçürülən vəsaitlərin sənədləri çıxarılırdı və onlardan köçürülən vəsaitin 10 faizi alınırdı. Bu tapşırığı maliyyə naziri Rafael Əliyev vermişdi. Gətirib otaqda mənə verirdilər, mən də nazir Rafael Əliyevə verirdim".
Nurlan Hacıyev hər ay 1000-1200 manat paket aldığını da qeyd edib. Şahid ifadəsində vurğulayıb ki, 2021-ci ilin əvvəlindən 2022-ci ilin oktyabr ayınadək təxminən 3-3,5 milyon manatı Rafael Əliyevə xidməti otağında verib.
Təqsirləndirilən R.Əliyev şahidin ifadəsini təsdiqləyib.
Daha sonra prokuror vəsatət qaldıraraq bütün proseslərdə zərərçəkənlərlə üzləşməsi üçün Nurlan Hacıyevin iştirakının təmin olunmasını məhkəmədən xahiş edib.
Məhkəmə prokurorun vəsatətini təmin edib.
Proses iyunun 11-də davam etdiriləcək.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər./apa/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq nazirin qardaşı sələmə pul verdiyi adamı girov saxlamaqda ittiham olunur

    Sabiq nazirin qardaşı sələmə pul verdiyi adamı ...

    7-12-2018, 13:14

  • 
  • Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə hakim təyin edildi

    Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə ...

    13-02-2018, 14:22

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30

  • 
  • Arif Əsgərovun baldızının oğlunun işi - iki nəfərə dəymiş zərər ödənilib

    Arif Əsgərovun baldızının oğlunun işi - iki ...

    20-10-2017, 14:40

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu