İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
GUNDEMXEBER.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M - 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
“Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - məlumatda deyilir.
Sorğu
Yeni dizaynımız necədir?