Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısını alıb.
DSX-nin məlumatında deyilir ki, insident dekabrın 20-də baş verib. Qaçaqmalçılar Yardımlı rayonu Deman kəndi (Bakıdan 292 kilometr cənub) ərazisindən Azərbaycana 6 kiloqram 580 qram marixuana və 70 qram heroin keçirmək istəyib. Ancaq sərhədçiləri görüncə narkotik vasitələri ataraq geri qaçıblar. Bundan əlavə, sərhədçilər sərhəd rejimini pozan bir neçə nəfəri saxlayıb.
Son bir neçə ildə rəsmi qurumlar demək olar ki, hər həftə İrandan Azərbaycana qaçaqmalçılıqla narkotik daşınmasının qarşısının alınması ilə bağlı bir neçə məlumat dərc edir.
Məlumatların təhlili göstərir ki, narkotiklərin İrandan daşınması həm quru, həm də Xəzər dənizi vasitəsi ilə həyata keçirilir. Bununla yanaşı, böyük partiya və təsir gücü çox olan narkotik maddələr bir qayda olaraq tranzit yükklərin arasında və yə yük avtomobillərində gizlədilir. Dərc olunan məlumatlarda aşkar edilən böyük partiya narkotiklərin son nöqtəsinin Avropa olduğu göstərilir.
Narkotik qaçaqmalçıları ilə İranla sərhəddə dəfələrlə atışmalar baş verib, ölən və yaralananlar olub, onlarla İran, Türkiyə və Azərbaycan vətəndaşları həbs edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?